Məlum olduğu ki, aprel ayının 11-i Azərbaycanda Prezident seçkiləri təyin olunub. Məlum olduğu ki, aprel ayının 11-i Azərbaycanda Prezident seçkiləri təyin olunub.

“Bu, seçki qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz” - MSK

Məlum olduğu ki, aprel ayının 11-i Azərbaycanda Prezident seçkiləri təyin olunub.

Hazırkı prezident İlham Əliyevin namizəd kimi irəli sürüldüyü gündən bəri Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənməsi, ayrı-ayrı ziyalıların, tanınmış incəsənət xadimlərinin, yaradıcı birliklərin, özündə yüzminlərlə seçicini birləşdirən böyük təşkilatların məhz İlham Əliyevin namizədliyini dəstəkləməsi heç də təsadüfi deyil. Prezidentliyi dönəmində Azərbaycan xalqının etimadını yüksək səviyyədə doğrultmuş İlham Əliyevə xalqın münasibəti belə də olmalı idi.

Lakin təəssüflər olsun ki, bu reallıqla barışmaq istəməyən, xalqın seçimini qəbul etməyənlər də var. Hansısa xarici qüvvələrin “pultu”na çevrilənlər, özlərini “müxalifət liderləri” hesab edənlər, Prezident İlham Əliyevə ümumxalq dəstəyini heç cür həzm edə bilmir, hər vasitə ilə seçkiqabağı ab-havaya qara rəng qatmağa, bununla da seçkini gözdən salmağa çalışırlar.

Onların bir “arqumenti” də budur ki, guya heç kəs hansısa namizədlə bağlı (əlbəttə, burada Prezident İlham Əliyevin namizədliyi nəzərdə tutulur)hazırkı dönəmdə öz sevgisini, münasibətini bildirə bilməz.

Bəs əslində necədir?

“Təşviqat hüququna malik olmayanların hansısa bəyanat səsləndirməsi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz”

Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü, Komissiyada Mətbuat qrupunun rəhbəri Qabil Orucov bildirdi. Onun sözlərinə görə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13-cü fəslində (Seçkiqabağı (referendumqabağı) təşviqat) təşviqatın aparılması qaydaları konkret olaraq göstərilir.

Q.Orucov qeyd etdi ki, konkret olaraq kiminsə, hansısa yaradıcı təşkilat və ya ictimai birliyin haradasa prezidentliyə namizədin lehinə fikir səsləndirməsi, bəyanat verməsi o demək deyil ki, bu seçkiqabağı təşviqatdır. Seçkiqabağı təşviqat mütləq qanunun müddəaları əsasında aparılmalıdır (Seçki Məcəlləsinin 13-cü fəsli).

MSK üzvü vurğuladı ki, seçkiqabağı təviqatla məşğul olmaq istəyən şəxs və ya təşkilat əvvəlcə subyekt olmalıdır; təşviqatçı qanunvericiliyin ona verdiyi bu imkana malik olmalıdır. Əgər bu imkana malik deyilsə, deməli, seçkiqabağı təşviqat aparmaq funksiyasına da malik deyil:

"Bu məqamda mütləq nəzərə almalıyıq ki, həmin subyekt Məcəllənin 13-cü fəslinin müddəalarının təsiri altına düşür, ya yox! Əgər bu təşkilat (və ya şəxs)Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq belə bir hüquq əldə edirsə və qanunverciliyin tələblərinə uyğun olmayan prosesi həyata keçirirsə, bəli, bu zaman seçki qanunvericiliyinin pozulmasından söhbət gedə bilər".