Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq, bəzi ərazilərdə temperatur 19 dərəcə olacaq Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq, bəzi ərazilərdə temperatur 19 dərəcə olacaq

Hava isinəcək

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq, bəzi ərazilərdə temperatur 19 dərəcə olacaq




Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, martın 8-dən başlayaraq ölkə ərazisində temperaturun yüksəlməsi nəticəsində iqlim normasına yaxın temperatur qeydə alınacaq.
Martın 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyinin sürəti 10-15 m/san olacaq, arabir küləyin sürəti 18-23 m/san-dək güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq.
Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Bu gündən başlayaraq, martın 9-dək Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər ayr-ayrı yerlərdə duman müşahidə ediləcək. Naxçıvan Muxtar Respublikasında gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyək şaxta olacaq. Havanın temperaturu gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.
Mərkəzi Aran rayonlarında havanın temperaturunun 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcəyədək isti olacağı gözlənilir.
Ölkənin cənub rayonlarında gecə 4-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, şimal və şimal-şərq rayonlarında isə havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.
Qeyd edək ki, martın 4-dən ölkə ərazisində qeyri-sabit, soyuq hava şəraiti müşahidə edilirdi. Azərbaycanın bəzi şəhər və rayonlarında, o cümlədən Bakı və Abşeron yarımadasında sulu qar və qar yağdı.


AzNews.az