“Ankara Suriyada müharibə aparmır, terrorla mübarizə aparır”. “Ankara Suriyada müharibə aparmır, terrorla mübarizə aparır”.

“Terrorçular Rusiya və Amerika silahları ilə təchiz olunublar” - Baş nazir

“Ankara Suriyada müharibə aparmır, terrorla mübarizə aparır”.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım 54-cü Münhen Təhlükəsizlik Konfransında bildirib.

"Suriyada heç bir müharibə yoxdur, yalnız Türkiyənin deyil, koalisiyada 62 ölkəni, eləcə də Rusiya və İranı əhatə edən terrorizmlə mübarizə var. Biz NATO üzvləriyik və koalisiyanın bir parçasıyıq. Koalisiyaya havadan dəstək oluruq. NATO Türkiyədə ümumilikdə əməliyyata imkan verən hava bazalarını istifadə edir" - deyə baş nazir qeyd edib.

Binəli Yıldırımın sözlərinə görə Suriyada və İraqda bir terror təşkilatı ilə artıq çox uğurla mübarizə aparılıb, lakin indi terrorçular yeni bir ad altında yenidən qruplaşdırılıb, hansıki Rusiya və Amerika silahları ilə təchiz olunublar. Terrorçular həmin silahları qanunsuz yolla, o cümlədən internet vasitəsi ilə əldə ediblər.

Baş nazirin sözlərinə görə, Suriya Afrində beynəlxalq qaydalara, müqavilələrə əsasən əməliyyat aparır.