Həmsədrlərin regiona nə vaxt gələcəyi bəlli oldu

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For və Yan Kelli martın son həftəsində regiona səfər edəcəklər. APA-nın "Novosti Armeniya"ya istinadən yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda litvalı həmkarı Linas Linkzdbçyusla keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, vasitəçilər səfər çərçivəsində Dağlıq Qarabağa da gedəcəklər.

Xatırladaq ki, martın 2-3-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə həmsədrlərlə ayrı-ayrılıqda keçirdiklərin görüşündən sonra vasitəçilər regiona yenidən səfər edəcəklərini və hər iki ölkənin prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımları müzakirə edəcəklərini bildiriblər.

AzNews.az