Vətəndaş və İnkişaf Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verib. Vətəndaş və İnkişaf Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verib.

VİP seçki müzakirəsinə son qoydu - Yekun qərar

Vətəndaş və İnkişaf Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verib.

Bu barədə AzNews.az-a sözügedən partiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 18-də Vətəndaş və İnkişaf Partiyası Məclisinin iclası keçirilib.

İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş Prezident seçkilərində iştirak məsələsi ilə bağlı yenidən müzakirə olunub. İclasda gərgin müzakirələr aparılıb və VİP-in 11 aprel seçkilərində iştirak tərəfdarları ilə əleyhdarları arasında qızğın, bəzən isə kəskin mübahisələr yaranıb. Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az