“Bu işlərlə məşğul olanlar heç kəsə informasiya sızdıra bilməzlər” “Bu işlərlə məşğul olanlar heç kəsə informasiya sızdıra bilməzlər”

Siyavuş Novruzovdan Fəzail Ağamalıya cavab

“Bu işlərlə məşğul olanlar heç kəsə informasiya sızdıra bilməzlər”


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, hər hansı icra başçısının işdən azad edilməsi haqda məlumat, sərəncam rəsmən açıqlanmazdan əvvəl KİV-lərdə peyda olur. Onun sözlərinə görə, prezident sərəncamlarının məzmunu rəsmi şəkildə Administrasiya tərəfindən elan olunmazdan öncə yayımlanırsa, KİV-ə ötürülürsə, bu, cinayətdir və kifayət qədər ciddi məsələdir.

Bununla bağlı AzNews.az-ın sualını cavablandıran YAP Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzov deyib ki, bu işlə məşğul olanlar öz işlərinin bilicisidir: "Kimlər ki, bu işlərlə məşğuldur onlar da öz işlərini gözəl bilirlər. Ona görə də onlar heç kəsə heç bir zaman informasiya sızdıra bilməzlər".

Gültəkin
AzNews.az