“O, öz üslubunu dəyişməlidir və rejimi yenidən qaydaya salmalıdır” “O, öz üslubunu dəyişməlidir və rejimi yenidən qaydaya salmalıdır”

Mixail Qorbaçovdan Putinə sərt ittiham

“O, öz üslubunu dəyişməlidir və rejimi yenidən qaydaya salmalıdır”



Keçmiş sovet lideri Mixail Qorbaçov Rusiyada vətəndaşların hüquqlarını məhdudlaşdıran yeni qanunun qəbulunu qınayıb. Qorbaçov sənədi "vətəndaşların hüquqlarına hücum çəkən" qanun adlandırıb.

BBC-yə müsahibəsində Qorbaçov Rusiya prezidenti Vladimir Putini öz adamlarından qorxmamağa çağırıb. O, Putini tənqid edərək prezidentin ətrafının "oğru və rüşvətxor rəsmilər"dən ibarət olduğunu söyləyib.

Yeni qəbul edilən qanuna əsasən icazəsiz etiraz aksiyası təşkil etmək, həmçinin veb səhifələrinə məhdudiyyətlər böyük etirazla qarşılanıb. Orta aylıq əməkhaqqının 840 dollar olduğu Rusiyada cərimələr dəfələrlə artırılaraq 9000 dollara qədər yüksəlib.

Müsahibə zamanı Qorbaçov həmçinin vurğulayıb ki, Putin bəzən öz əsəbilərinə sahib çıxa bilmir, təmkinini itirir:

"Bir dəfə o dedi ki, Qorbaçovun dili qısaldılmalıdır.
Məndə belə bir hiss var ki, o, çox gərgindir. Hər şey yaxşı getmir. Düşünürəm ki, o, öz üslubunu dəyişməlidir və rejimi yenidən qaydaya salmalıdır".


Xatırladaq ki, yanvar ayında Human Rights Watch prezident Putini ittiham edərək, onun 2012-ci il may ayında 3-cü dəfə Kremlə qayıtdıqdan sonra postsovet tarixində ən sərt siyasi tədbir həyata keçirməyə başladığını vurğulayıb.

Şamxal Əbilov
AzNews.az