Bu gün Türkiyə Böyük Millət Məclisində AKP-nin parlament qrupunun toplantısı keçirilir. Topalntıya Türkiyə Cümhuriyyətinin Prezidenti, AKP başqanı Rəcəb Tayyib Ərdoğan da qatılıb. Bu gün Türkiyə Böyük Millət Məclisində AKP-nin parlament qrupunun toplantısı keçirilir. Topalntıya Türkiyə Cümhuriyyətinin Prezidenti, AKP başqanı Rəcəb Tayyib Ərdoğan da qatılıb.

"Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır" - Ərdoğan

Bu gün Türkiyə Böyük Millət Məclisində AKP-nin parlament qrupunun toplantısı keçirilir. Topalntıya Türkiyə Cümhuriyyətinin Prezidenti, AKP başqanı Rəcəb Tayyib Ərdoğan da qatılıb.

AzNews.az xəbər verir ki, toplantıda ilk olaraq Ərdoğan Afrin hadisələrindən, "Zeytun budağı" əməliyyatından danışıb. Ərdoğan bildirib ki, yaxın günlərdə Afrinin mərkəzi mühasirəyə alınacaq.

"1715 terroristi təsirsiz hala gətirdiyimiz əməliyyatda 32 nəfər şəhidimiz var. Təhlükəsizlik qüvvələrimizin həyatını riskə almadığımız üçün əməliyyatların gedişi ləng görünə bilər. Amma bir həqiqəti unutmamaq lazımdır. Biz qarşımıza keçənləri yıxıb dağıtmaq üçün girmədik buraya. Addımladığımız hər bir yerin bundan sonra da təhlükəsiz bir yer olacağını təmin edirik. Ölkəmizdə məskunlaşan yüzminlərlə insanın təhlükəsiz yaşaya biləcəyi bir yeri təmin etməyə çalışırıq."

R.T.Ərdoğan toplantıda Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət, Azərbaycan xalqına isə səbr diləyib:

“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri bundan 26 il öncə Xocalıda yaşanıb. Dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya buna yönəlik çıxışlar edən ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki bunların gözləri, qulaqları və vicdanları Türkə, müsəlmana gəldikdə qapanır. Görməz, duymaz, hiss etməzlər. Amma hər kəs unutsa da biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”.

Qeyd edək ki, toplantıya Azərbaycandan olan nümayəndələr də qatılıb. Belə ki, Xocalı soyqırımının ildönümü ilə bağlı Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyn Böyukfırat və Xocalıdan olan millət vəkili Elman Məmmədovla birgə bir qrup Xocalı şahidi Türkiyə Böyük Millət Məclisində iştirak edir. Onlar Xocalı həqiqətlərini TBMM-dən bir daha dünyaya bəyan edəcəklər.

image description image description image description