Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Rauf Əliyev Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Moskvada səfərdədirlər. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Rauf Əliyev Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Moskvada səfərdədirlər.

Ziyafət Əsgərov üçün MDB Parlamentlərarası Assambleyasında yeni təyinat

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Rauf Əliyev Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün Moskvada səfərdədirlər.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Z.Əsgərov Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova ilə görüşüb. Görüşdə MDB Parlamentlərarası Şurası (MDB PA) baş katibinin müavini, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

Görüşdən sonra Z.Əsgərov jurnalistlərə bildirib ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə o, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib: “Bizim ekspert qrupumuz Rusiya Konstitusiyasına və ölkənin seçki haqqında Qanununa uyğun olaraq sənəd layihəsi hazırlayıb. Layihə üzərində MDB ölkələrindən tanınmış ekspertlər işləyiblər. Müşahidə qrupu iki qısamüddətli və uzunmüddətli müşahidə forması həyata keçirir. Artıq fəaliyyətə başlamış uzunmüddətli missiyada 19 müşahidəçi, qısamüddətli missiyada isə 40-a yaxın müşahidəçi var. Uzunmüddətli missiyada müşahidəçilərimiz Rusiyanın müxtəlif regionlarında işləyirlər. Qısamüddətli missiya isə seçkilər günü Rusiyanın şəhər və rayonlarında müşahidə missiyasını həyata keçirəcək”.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müşahidə qrupunun vəzifəsi Rusiyada prezident seçkilərinin şəffaf, ölkə Konstitusiyasına tam uyğun şəkildə keçirilməsinə nəzarət etməkdir. “MDB-nin üzvü olan ölkələrin hamısı seçkiləri izləmək üçün Rusiya Dövlət Dumasının dəvətini alıb. Ümid edirik ki, onlar müşahidə missiyasında iştirak edəcəklər”.