Azərbaycan Demokrat Partiyası 11 apreldə keçiriləcək Prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb. Azərbaycan Demokrat Partiyası 11 apreldə keçiriləcək Prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Sərdar Cəlaloğlu namizəd oldu - “İqtidarla dialoq məsələsinə görə...”

Azərbaycan Demokrat Partiyası 11 apreldə keçiriləcək Prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Partiyanın sədr müavini Daşqın Nuriyev AzNews.az-a açıqlamasında bildirib ki, fevralın 20-də idarə heyətinin növbədənkənar iclası keçirilib və orada Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürülüb:

“Biz partiya olaraq düşündük ki, seçkilərdə iştirakımız lazımdır. 2008-ci ildə müxalifətlə hakimiyyətin dialoqunu irəli sürmüşdük. Keçid üçün ən yaxşı nümunə faydalı demokratiya olacaq. İqtidarla dialoq məsələsinə görə Prezident seçkilərində iştirak etmək normaldır. Əgər normal şərait yaradılsa, sona kimi mübarizə aparacağıq”.

Daşqın Nuriyev qeyd edib ki, Sərdar Cəlaloğlunun sənədləri bu gün MSK-ya təqdim olunacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az