Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib.

İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov arasında qapalı görüş olub

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib.



Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq prosesi, müxalifət düşərgəsində bu istiqamətdə görülən işlər, o cümlədən müxalifətin birgə fəaliyyət imkanları və problemlər müzakirə mövzusu olub.

E. Namazov qeyd edib ki, görüş qapalı xarakter daşıdığından, burada müzakirə olunan məsələlərin detallarının açıqlanması məqsədəuyğun hesab edilmir.

AzNews.az