Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib. Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.

İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".