Bu həftə, fevralın 20-də Avropa Parlamentində Açıq Dialioq Fondunun təşkilatçılığı, Avropa Parlamentinin üzvləri Culi Vord (Sosialistlər və Demokratik Mütərəqqi Alyansı siyasi qrupu, Böyük Britaniya) və Yaromir Ştetinanın (Avropa Xalqları Partiyasi siyasi qrupu, Çexiya) ev sahibliyi ilə “Keçmiş post-sovet ölkələrində vəkillərin təqibi” adlı tədbir keçirilib. Tədbirdə Moskva, Azərbaycan, Ukrayna, Rusiya və Qazaxıstanda vəkillərin vəziyyəti müzakirə olunub. Bu həftə, fevralın 20-də Avropa Parlamentində Açıq Dialioq Fondunun təşkilatçılığı, Avropa Parlamentinin üzvləri Culi Vord (Sosialistlər və Demokratik Mütərəqqi Alyansı siyasi qrupu, Böyük Britaniya) və Yaromir Ştetinanın (Avropa Xalqları Partiyasi siyasi qrupu, Çexiya) ev sahibliyi ilə “Keçmiş post-sovet ölkələrində vəkillərin təqibi” adlı tədbir keçirilib. Tədbirdə Moskva, Azərbaycan, Ukrayna, Rusiya və Qazaxıstanda vəkillərin vəziyyəti müzakirə olunub.

Erməni xislətli Leyla Yunusun növbəti simasızlığı

Bu həftə, fevralın 20-də Avropa Parlamentində Açıq Dialioq Fondunun təşkilatçılığı, Avropa Parlamentinin üzvləri Culi Vord (Sosialistlər və Demokratik Mütərəqqi Alyansı siyasi qrupu, Böyük Britaniya) və Yaromir Ştetinanın (Avropa Xalqları Partiyasi siyasi qrupu, Çexiya) ev sahibliyi ilə “Keçmiş post-sovet ölkələrində vəkillərin təqibi” adlı tədbir keçirilib. Tədbirdə Moskva, Azərbaycan, Ukrayna, Rusiya və Qazaxıstanda vəkillərin vəziyyəti müzakirə olunub.

Təkcə bir fakt kifayətdir ki, bu müzakirələrdən çıxan saxta nəticənin şahidi olaq. Tədbirin təşkilatçılarından biri AP üzvü Ştetinadır. Bu ad bizə çox şeyi xatırladır. Fəaliyyəti dövründə açıq-aşkar anti-Azərbaycan çıxışları və erməni təəssüfkeşliyi ilə tanınmış bu avropalı deputat daim Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar etməsi və bu istiqamətdə əməli fəaliyyət həyata keçirməsi ilə tanınıb. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olan bu siyasətçi, dezinformasiya, etnik və dini zəmində nifaq və ayrıseçkilik yaymaqla məşğuldur.

Bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, Azərbaycanın əleyhinə çıxışlar edərək, qatı ermənipərəst fəaliyyəti hər zaman davam etdirirlər.

Onu da xatırladaq ki, həmin bu avropalı deputat Ştetina Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdiyinə görə, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Çünki Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas vermir.

Daha bir maraqlı və diqqətçəkən məqam isə tədbirdə Azərbaycanla bağlı çıxış edən erməni millətinə hədsiz sevgisini hər zaman nümayiş etdirən və xalq arasında “Ermənistan rəğbətli cəsus” adı ilə tanınan Leyla Yunusun da olmasıdır. O, yenə də öz mənfur niyyətini davam etdirməklə, Azərbaycanı “diktarura” adlandıraraq, burada məhkəmələrin müstəqil olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərin təqib edilməsi, insan haqlarının pozulması kimi əsassız iddialarını səsləndirib. Erməni xislətli Leyla Yunus hər zaman olduğu kimi bu dəfə də Azərbaycana nifrətini ortaya qoyur və “beynəlxalq miqyaslı artist” titulunu burda da tanıdır.

Leyla Yunus öz xalqına nifrət edir, bu, birmənalıdır. O, Azərbaycan dilini yalnız söyüş söymək üçün bir vasitə hesab edir. Özü də etiraf edib ki, Azərbaycan dilində ancaq söyməyi bacarır. Adını “hüquq müdafiəçisi” qoyan bu canlı zaman-zaman dələduzluq və cinayət əməlləri (vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, saxta vəsiqələrin hazılanması, yaxud bu cür sənədi satma, saxta dövlət təltifinin, möhürün, balankın hazırlaması, satılması və s.) törətməkdən də çəkinməyib. Bunları 2015-ci ilin avqustunda Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi.

Heç bir şübhə yoxdur ki, Leyla yunusları hər zaman öz şəxsi, cılız, dar və korporativ mənfəətləri düşündürüb. Onlar bu hərisliklərinə görə Azərbaycanın milli maraqlarını qurban veriblər. Fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınan L.Yunusu dəstəkləyənlərə sual olunur: siz kimi müdafiə edirsiniz? Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusumu? Yoxsa, onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ “xidmətləri”nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını, yüksək qrantları mənimsədiyini demirik.

Vaxtilə Rəhim Qazıyevin dostu kimi “toxunulmazlıq immuniteti” qazanan bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə silahlı qüvvələrin əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.

Bir neçə il əvvəl Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu ( rəhbəri Leyla Yunus) tərəfindən yeni layihə həyata keçirilməyə başlanmışdı. Layihə çərçivəsində publicdialogues.info (ictimai dialoqlar) adlı sayt yaradılıb. Sayt fəaliyyətə başlayan kimi Leyla Yunusun himayədarlıq etdiyi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə almışdılar. Leyla Yunus həmin müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası”, “müstəqil dövlət” kimi təqdim etmişdi.

Buradan aydın olur ki, hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla Yunus antimilli, antiazərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq, dələduzluq və Vətənə xəyanətlə məşğuldur.

İndi isə çətin durumlarda tez-tez artistcəsinə “özündən gedən”, yaxud da hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı etikadan kənar hərəkətlər edən Leyla Yunusun da iştirakı ilə Avropada Azərbaycanla bağlı məsələ ətrafında şou düzəldilməsi əslində başadüşüləndi. Çünki qarşıdan Prezident seçkiləri gəlir. Belə bir həssas məqamda düşmən dairələr, antimilli qüvvələr bütün variantlara və yollara əl atacaqlar. Amma nə fayda? Azərbaycan dövlətinin müqəddəratını Avropanın 1-2 qərəzli qurumu deyil, Azərbaycan xalqı təmin edir. Xalq isə dövlətini, onun apardığı daxili və xarici siyasəti dəstəkləyir. Odur ki, it hürər, Karvan keçər...

Elgün Mənsimov
AzNews.az