Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək. Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

AzNews.az