Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər çox mühüm və aktualdır. Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər çox mühüm və aktualdır.

“Əfv ərizələrinin əksəriyyəti yol qəzalarına aid müraciətlərdir” - Deputat

Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər çox mühüm və aktualdır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova deyib.

O, qeyd edib ki, xüsusilə də, mövcud qanunun 1-ci, əsas anlayışlar maddəsinə edilən dəyişiklik, yəni, “piyadalar” sözünün əlavə edilməsi çox önəmlidir:

“Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur.

Bu günlərdə Əfv Komissiyasının iclası keçirildi və inanın ki, əfv ərizələrinin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil.

Ona görə hesab edirəm ki, gələcəkdə qanuna növbəti dəyişikliklər edilərkən, piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.

Millət vəkilinin dediyinə görə, ikinci tərəfdən bu dəyişikliklərdə müsbət məqam yük avtomobillərinin və avtobusların nəzarət qurğusu “taxoqraf” haqqındadır:

“Düşünürəm ki, bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım ki, “Yol hərəkəti haqqında” qanuna gələcəkdə bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyimiz kimi son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır.

Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər.

Məncə, belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir”.

AzNews.az