Səfirlik önündə piket təşkilatçısını polisə çağırdılar



Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov Bakı
Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Partiyadan AzNews.az-a bildiriblər ki, paytaxt polisindən R.Hüseynovla əlaqə saxlayaraq, VİP-in martın 11-də Rusiya səfirliyinin qarşısına təyin etdiyi, amma Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sanksiya vermədiyi etiraz piketi ilə əlaqədar martın 9-u saat 11-30-da BŞBPİ-nə dəvət ediblər.

Azər
AzNews.az