Bəlkə də insanların hər davranışında, xüsusən də siyasi müstəvidə baş verən bütün proseslərdə məntiq axtarmaq özü yanlışlıqdır, çünki həyat həmişə formal məntiqin çərçivələrindən daha geniş, daha rəngarəngdir. Bəlkə də insanların hər davranışında, xüsusən də siyasi müstəvidə baş verən bütün proseslərdə məntiq axtarmaq özü yanlışlıqdır, çünki həyat həmişə formal məntiqin çərçivələrindən daha geniş, daha rəngarəngdir.

Mitinq heç nəyi həll etmirsə...

Bəlkə də insanların hər davranışında, xüsusən də siyasi müstəvidə baş verən bütün proseslərdə məntiq axtarmaq özü yanlışlıqdır, çünki həyat həmişə formal məntiqin çərçivələrindən daha geniş, daha rəngarəngdir.

Elə bizim də hər şeyi formal məntiq çərçivəsində yozmaq fikrimiz yoxdur. Amma insanların davranışında məntiq olmasa da, heç olmasa, bir motiv olmalıdır ki, bununla onların niyə başqa cür yox, məhz bu cür hərəkət etdiyini başa düşə biləsən. Qərəz, bir ara bəndəniz düşünürdü ki, Azərbaycan müxalifəti, bu müxalifətin siyasi çabaları onun üçün yetərincə anlaşıqlıdır. Amma zaman keçdikcə bunun belə olmadığı qənaətinə gəldik, məntiq də, hətta adi insani motivlər də bizim müxalifətin davranışını anlamaq üçün aciz oldu. Əslində bəlkə də problemi tamamilə başqa cür qoymaq lazım idi ki, ölkədə sözün klassik mənasında müxalifət qalıbmı? Məsələ də elə bundadır ki, qətiyyən qalmayıb, haradasa, müxalifət əvəzinə bir qrup insanlar qalıb ki, bu adamları ən yaxşı halda “dissident”lər adlandırmaq olardı. Amma bəla da bundadır ki, dissidentlik ideyaya bağlı anlayışdır, bizim “müxalifət” isə hər şeydən əvvəl ideyadan imtina etdi. Təxminən 2000-ci ilədək ara-sıra yolumuz müxalifət partiyalarının qərargahlarına düşürdü. Oradakı adamları, onların biri-birilə davranışını, bu adamların dünyagörüşünü və partiyalarındakı münasibətləri diqqətlə izləyəndə qeyri-ixtiyari sual yaranırdı bizdə: bu insanlar nədən narazıdı? Artıq analayanda ki, bu sualın heç bir yerli-yataqlı, məntiqli cavabı yoxdur və bu vəziyyətə təsir etmək də mümkün deyil, ayağımızı kəsdik həmin qərargahlardan, çünki başa düşdük ki, bu adamlar heç bir fərqli dünyagörüşün, ideologiyanın daşıyıcıaları deyil və sadəcə, ambisiyaları qabiliyyətlərilə uzlaşmayan, iddiaları imkanlarını üstələyən kiçik “narazılar” dəstəsidir və bu dəstənin “müalicəsi” tamamilə başqa amillərdən - əlahəzrət zamanın özündən asılıdır. Elə belə də oldu, həmin insanların çoxu axırda başa düşdü ki, böyük ambisiyalara düşüb “izqoy”lara çevrilməkdənsə, tamam marginallaşmaqdansa cəmiyyətlə qaynayıb qarışmaq və özünü ifadə etməyin daha düzgün və ən başlıcası, real yollarını axtarmaq lazımdr. Bir daha deyirəm ki, böyük əksəriyyət elə belə də etdi. Nəticədə də indiki vəziyyət yarandı – partiyalarada beş-on funksioner və iyrirmi-otuz “partiya üzvü” qaldı... Amma “partiya liderləri” bundan da nəticə çıxarmadılar, çünki artıq tamam gec idi, siyasətə Şeyx Nəsrullah kimi gəlmiş bu adamların bircə yolu qalırdı – axıra qədər də elə Şeyx Nəsrullah kimi davam etmək... Bəlkə də Sizdə təbii bir sual yaranacaq: bəndəniz bütün bunlarla vaxtınızı niyə alır? Tələsməyin, bunu da deyəcəm. Bu gün müxalifətin mitinq keçirəcəyi haqda xəbər gəldi. Suallar az qala, yağış kimi yağdı başımıza: əcaba, bunların mitinqinə kim gələcək? əcaba, bunlar mitinqdə nə deyəcək və yenə nə vəd edəcəklər?.. İndi bircə-bircə özüm bu suallara cavab verməyə çalışacam. Bu adamların mitinqinə bir-iki tanış-bilişdən, hələ də hər şeyin bir Şeyx Nəsrullah çubuğu ilə həll ediləcəyinə inanan, hansısa sehrbazın sehrilə “bütün axırıncıların dönüb birinci olacağına” ümid edən bir–iki insandan savayı heç kim gəlmir. Bunların “mitinq”ləri nə tərəfdarlarını artırır, nə bunlara qarşı maraq yaradır, nə də ki, başqa bir şey. Sadəcə, bu adamlar beyinlərinə doldurublar ki, cəmiyyət “rollar” deməkdir, bir “rol” da müxalifətçilikdir, onu əldə saxlamaqla arabir nəsə qazanmaq-qoparmaq olar ki, bu, da özlərinə qəti əziyyət vermək istəməyən həmin insanları tamamilə qane edir. O ki qaldı vədlərə, deyiləcək sözlərə, hələ də anlamaq istəmirlər ki, müasir Azərbaycan vətəndaşının informasiya, siyasi bilgi problemi və ya informasiya kasadlığı yoxdur. Ötən dəfə də yazmışdıq ki, insanlarımızın 70-80 faizi daimi internet istifadəçisidir və durub yol ölçərək kimlərinsə sərsəm, bayağı şüarlarını eşitmək üçün “mitinq”lərə yollanmağın qəti mənası yoxdur. Bu, məsələnin bir tərəfidir. Amma başqa məqam da var. Bizim bu “müxalifət” adamları heç vaxt savad yiyəsi olmayıblar. Fəqət, bir ara savadsızlıqlarını bir az cəsarətlərilə, bir az özlərini “dəliqanlı” kimi qələmə verməklə ört - basdır edə bilirdilər. Ancaq indi nə savadları yoxdur, nə də cəsarətləri! Hələ durub soruşurlar da ki, bəs insanlar niyə bizim ardımızca getmir?!. Ən böyük dərd isə bilirsinizmi, nədir? Odur ki, bütün hallarda, siyasi partiyalar, siyasi təşkilatlar olmalıdır ki, Allah eləməmiş, buralarda da nə vaxtsa bəzi Yaxın Şərq ölkələrindəki sindromlar müşahidə olunmasın. Həm də K.Popperin məşhur bir sözü var ki, siyasi partiyalarsız hələ heç kimə demokratiya qurmaq nəsib olmayıb. Bizsə hətta deyərdik ki, siyasi partiyalarsız siyasət olmur. Bəs onda nə etməli?.. Bu gün özünə “müxalifət” deyən qruplar artıq bu rola qəti yaramır. Birincisi, keçmiş SSRİ-nin heç bir yerində daha belə müxalifət qalmayıb və siyasi spektr dəfələrlə yenilənib, təzələnibdir. İkincisi, bunların “sosial dəstəyi”, keçirdikləri “mitinq”lər də göstərir ki, heç cəmiyyətin də bu insanlara hansısa marağı yoxdur. Bəs onda nə etməli? Gənclərə meydan vermək lazımdır ki, müxalif sferaya da nəfəs gəlsin. Yoxsa “müxalifət” adlı bataqlıq qurumayacaq. Üstəlik, bizim “iki cüt, bir tək” klassik müxalifətin davranışı, ritorikası, məntiqi və gülünc iddiaları hakimiyyətə də pis təsir edir, ölkədəki siyasi atmosferin mülayimləşməsinə imkan vermir. Bunlardan isə son nəticədə yenə də cəmiyyət itirir...

Hüseynbala Səlimov