Bu gün Rusiyada prezident seçkiləri keçirilir. Bu gün Rusiyada prezident seçkiləri keçirilir.

Putin də səs verdi

Bu gün Rusiyada prezident seçkiləri keçirilir.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, martın 18-də Prezident Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səs verib.

Rusiya dövlət başçısı müntəzəm olaraq bu məntəqədə səs verir. O, 2016-cı ildə Dövlət Dumasına deputat və 2017-ci il bələdiyyə seçkilərində də seçimini məhz bu məntəqədə edib.

Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır.