Türkiyə xalqı və dövləti olaraq bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Biz qazi Mustafa Kamal Atatürkün də ifadə etdiyi kimi “yurdda sülh, cahanda sülh” istəyirik. Türkiyə xalqı və dövləti olaraq bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Biz qazi Mustafa Kamal Atatürkün də ifadə etdiyi kimi “yurdda sülh, cahanda sülh” istəyirik.

Biz "yurdda sülh, cahanda sülh” istəyirik - Binəli Yıldırım

Türkiyə xalqı və dövləti olaraq bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Biz qazi Mustafa Kamal Atatürkün də ifadə etdiyi kimi “yurdda sülh, cahanda sülh” istəyirik.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

“Türkiyə beynəlxalq hüquqdan doğan haqlarından istifadə edərək terrora qarşı Afrində, “Fərat qalxanı” bölgəsində Azad Suriya Ordusu (ASO) ilə çox uğurlu hərəkat, əməliyyat yürüdür. Təhlükəsizlik güclərimizin, əsgərlərimizin terror, terrorçular qarşısında göstərdiyi cəsarət və qəttiyyət hər cür təqdirəlayiqdir. PKK, PYD, YPG, İŞİD terror təşkilatlarının həm ölkəmizə, həm də suriyalı qardaşlarımıza yönəlik təzyiq və zülmləri çox qısa zamanda bitəcək, inşallah. Kimsə də bu işi, bu əməliyyatı yarımçıq dayandıracağımızı düşünməsin”, - deyə, Yıldırım sözlərinə əlavə edib.