Bu gün Rusiyada növbəti prezident seçkiləri keçirilir. Ölkəmizdə olan Rusiya vətəndaşlarının səsvermədə iştirak edə bilmələri üçün seçki məntəqələri yaradılıb. Bu gün Rusiyada növbəti prezident seçkiləri keçirilir. Ölkəmizdə olan Rusiya vətəndaşlarının səsvermədə iştirak edə bilmələri üçün seçki məntəqələri yaradılıb.

Gəncədə yaşayan Rusiya vətəndaşları səsvermədə iştirak edirlər

Bu gün Rusiyada növbəti prezident seçkiləri keçirilir. Ölkəmizdə olan Rusiya vətəndaşlarının səsvermədə iştirak edə bilmələri üçün seçki məntəqələri yaradılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, seçki günü Bakı şəhərində Rusiya səfirliyinin konsulluq binasında fəaliyyət göstərən məntəqədən fərqli olaraq, Gəncədə Rusiya vətəndaşlarının səsverməsi üçün səsvermə martın 17-dən keçirilir. Heydər Əliyev meydanındakı inzibati binada (Rus icması otağı) fəaliyyət göstərən məntəqə saat 10:00-dan işə başlayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qərb regionunda kifayət qədər Rusiya vətəndaşının yaşadığını və onların bu seçkilərdə aktivlik nümayiş etdirdiyini deyib.