Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər, çünki bu, Vaşinqtonun Azərbaycan barəsində intellektual qeyri-həssaslığının səviyyəsini nümayiş etdirir. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər, çünki bu, Vaşinqtonun Azərbaycan barəsində intellektual qeyri-həssaslığının səviyyəsini nümayiş etdirir.

Saakyanın səfəri ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirə bilər - Rob Sobhani

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər, çünki bu, Vaşinqtonun Azərbaycan barəsində intellektual qeyri-həssaslığının səviyyəsini nümayiş etdirir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

R.Sobhani qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri iki paralel tendensiyanı əks etdirir:

“Birinci tendensiya hazırda ABŞ-ın xarici siyasətində müşahidə olunan xaosdur. ABŞ Prezidenti Donald Tramp xarici siyasət kursunu tam müəyyənləşdirməyib. Nəticədə Vaşinqtonun xarici siyasətində vakuum müşahidə olunur və erməni lobbisi bundan öz maraqlarını irəli sürmək üçün istifadə edir”.

İkincisi, onun sözlərinə görə, bu səfər onu göstərir ki, erməni lobbisinin uzunmüddətli fəaliyyət planı mövcuddur və onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz maraqlarına cavab verən şərtlərin yaradılmasına çalışır.

R.Sobhani qeyd edib ki, ABŞ-ın xarici siyasət qurumlarının rəhbərləri B.Saakyanın səfərinin ABŞ-Azərbaycan münasibətlərinə zərər vuracağını anlamır:

“Bu səfər Azərbaycanın enerji ehtiyatlarının etibarlı ixracatçısı qismində vacib rolunu başa düşməyən bəzi konqresmenlərin yüksək savadsızlıq səviyyəsini əks etdirir. Təəssüf ki, ABŞ siyasətinin acınacaqlı reallığı ondan ibarətdir ki, bəzi millət vəkillərini onların seçki kampaniyasını maliyyələşdirmək yolu ilə almaq olar”.

“Caspian Group Holdings”in baş direktoru hesab edir ki, Azərbaycan barəsində savadsızlığı aradan qaldırmaq üçün ölkə kütləvi informasiya vasitələrində ardıcıl kampaniyalar yolu ilə öz nailiyyətləri barədə məlumatları bütün dünyaya çatdırmalıdır:

“Məsələn, Azərbaycan həqiqətən də dini tolerantlığın olduğu yeganə müsəlman ölkəsidir və bu faktı təkcə ABŞ-ın yox, həm də bütün dünyanın diqqətinə çatdırmaq lazımdır. Daha bir fakt ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yoxsulluq səviyyəsi 5,4 faizədək azalıb”.

R.Sobhani əlavə edib ki, Azərbaycan mühüm turizm istiqamətlərindən biridir və 2017-ci ildə ölkəyə 2,7 milyona yaxın turist gəlib. Onun sözlərinə görə, bu rəqəmi “Bakı: Xəzərin sahilində Paris” adlı kampaniya keçirməklə iki dəfə artırmaq olar.

Eyni zamanda R.Sobhaninin sözlərinə görə, Azərbaycanın diplomatik səyləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin regionun iqtisadi inkişafına müsbət təsir göstərəcəyinə nümayiş etdirilməsinə yönəldiməlidir:

“Xüsusən də Azərbaycan bütün dünyaya göstərməlidir ki, bu gün bütünlüklə Rusiyadan və erməni diasporunun maliyyə yardımından asılı olan yoxsullaşmış Ermənistan münaqişənin sülh yolu ilə həlli nəticəsində mühüm iqtisadi inkişafa nail ola bilər. İsmarıc aydındır: Azərbaycanın ərazilərinin işğalını dayandırmaq və iqtisadi azadlıq əldə etmək”.