Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir

Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Fermer irsi" icitmai təşkilatının rəhbəri Sargis Sedrakyan danışıb.

"Uzun illər ərzində kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması kəndlilərin torpağı atmasına və miqrasiya etməsinə səbəb olub. Ermənistan kəndləri boşalır, sakinləri qocalır, vəziyyət get-gedə ağırlaşır" deyə o bildirib.

Aqrar texnikanın köhnə və xarab olduğunu bildirən S.Sedrakyanın sözlərinə görə, maliyyələşdirmə və sadalanan problemlərin həlli ilə bağlı aparılan danışıqların da real əsasları yoxdur:

"Xaricdən müxtəlif təşkilatlardan Ermənistana kifayət qədər vəsait daxil olur. Məsələn, ötən 3 il ərzində 130 milyon dollar kredit və 60 milyon dollar qrant daxil olub, lakin fermerlər bu vəsaitdən heç nə almayıblar".