Bəlkə də növbəti altı ili hər şeydən əvvəl nisbi müəyyənlik illəri adlandırmaq olardı. V.Ptunin bir siyasətçi və prezident kimi siyasi dəsti –xətti və üslubu bizə bəllidir, onun Azərbaycanın siyasi isteblişmentilə müəyyən, hətta pozitiv münasibətləri formalaşıb. Sonuncu isə bütün hallarda önəmli faktordur, çünki istənilən ölkənin siyasəti ən azı əlli faiz institusional, əlli faiz də personal xarakter daşıyır. Bəlkə də növbəti altı ili hər şeydən əvvəl nisbi müəyyənlik illəri adlandırmaq olardı. V.Ptunin bir siyasətçi və prezident kimi siyasi dəsti –xətti və üslubu bizə bəllidir, onun Azərbaycanın siyasi isteblişmentilə müəyyən, hətta pozitiv münasibətləri formalaşıb. Sonuncu isə bütün hallarda önəmli faktordur, çünki istənilən ölkənin siyasəti ən azı əlli faiz institusional, əlli faiz də personal xarakter daşıyır.

Putinin daha 6 il hakimiyyətdə olması Azərbaycana nə vəd edir?

Bəlkə də növbəti altı ili hər şeydən əvvəl nisbi müəyyənlik illəri adlandırmaq olardı. V.Ptunin bir siyasətçi və prezident kimi siyasi dəsti –xətti və üslubu bizə bəllidir, onun Azərbaycanın siyasi isteblişmentilə müəyyən, hətta pozitiv münasibətləri formalaşıb. Sonuncu isə bütün hallarda önəmli faktordur, çünki istənilən ölkənin siyasəti ən azı əlli faiz institusional, əlli faiz də personal xarakter daşıyır.

Siyasətin personal tərəfi isə ona işarədir ki, burada ayrı-ayrı siyasət adamlarının və onların biri-birinə münasibətinin özəlliklərini də nəzərə almaq lazım gəlir. Düşünmək ki, siyasət siyasi liderlərdən tamam asılı olmayan əlahiddə, sırf “obyektiv” milli maraqlar üzərində qurulub – bu, vəziyyəti bir azacıq təhrif etmək olardı, çünki bütün hallarda siyatətin sükanın kimin əlində olması da önəmlidir.

Bu məntiqin prizmasından yanaşaq, sonuncu seçkinin nəticələri kimi qarşıdakı altı il də bütün hallarda proqnozlaşdırıla bilinən intervaldır.

Onu da deyək ki, bu amil də tək kənar siyasətçilər üçün deyil, elə rusiyalı seçicilərin özləri üçün də az önəm kəsb etmirdi – insanlar hər yerdə ilk növbədə proqnozlaşdırıla bilinən hakimiyyətlərə və siyasi liderlərə üstünlük verirlər və bunun bir səbəbi də budur ki, insanların əksəriyyəti təbiətən mühafizəkar olurlar, çünki “ictimai ətalət” deyilən anlayış da var və o, ayrı–ayrı insanların seçiminə və ölkədə baş verən siyasi proseslərin ümumi tempinə və xarakterinə təsir edir.

Ona görə də “İnsanlar niyə V.Putinə üstünlük verir?” sualının cavabları tək o deyil ki, Putin Krımı qaytarır, Rusiyanı yenidən iddialı bir dövlətə çevirir və yaxud o, rus siyasətçisi obrazına daha yaxındı, həm də odur ki, insanlar Putini daha yaxşı tanıyırlar və yaxud da onlara elə gəlir ki, yaxşı tanıyırlar...

Amma müəyyənliyin başqa tərəfləri də var. Bəzən bu, həm də o demək olur ki, kor - peşiman dəyişiklik gözlədiyimiz müstəvilərdə heç bir dəyişikliyin olmayacağı fikri ilə də barışmalı oluruq. Bunu bəlkə kənar, rusların “yaxın xaric” adlandırdıqları ölkələrin siyasətçiləri, vətəndaşları daha yaxşı duyurlar.

Ona görə də biz “Dağlıq Qarabağ müstəvisində hansı dəyişiklik ola bilər?” sualına cavab verməyə elə də tələsmirik, çünki V.Putin artıq dördüncü dəfədir, 20 ilə yaxındır ki, prezidenlik edir. Bu müddətdə elə onun Dağlıq Qarabağ problemi və eləcə də digər regional problemlərlə bağlı siyasətində də müəyyənlik var.

Düzdür, indi çox maraqlı proseslər gedir, düşündürücü bəyanatlar səslənir və bütün bunların hamısında insanlar Daqğlıq Qarabağ probleminə də işıq tutacaq məqamlar arayırlar; məsələn, KTMT-nın qərargah rəisi bir bəyanat verdi, Kremlin ideoloqlarından biri A.Duqin bir başqa fikir səsləndirdi, Cənubi Qafqazla maraqlanan siyasətçilər digər yanaşmalar qoyur ortaya və bütün yanaşmalarda bir cizgi olduqca qabarıq görünür – bu, da mümkün müharibə ehtimalıdır...

Sözsüz, bütün bunları o vaxt tamam ciddi qəbul etmək olar ki, onlar Kremlin müvafiq şərhlərilə müşayiət olunsunlar. Hələliksə belə şərhlər yoxdur və hətta mümkündür ki, onlar geniş auditoriya üçün heç açıq bir şəkildə heç vaxt səslənməyəcəklər də...

Amma “böyük siyasətin mətbəxi”nə yaxın insanlar olur və həmin adamların dediklərindən müəyyən qənaətlər əldə etmək mümkündür. Elə maraqlısı da odur ki, bir az əvvəldə qeyd etdiklərimiz məhz belələrindəndirlər...

Fəqət, aydındır ki, Rusiyanın mümkün müharibə ssenarisində neytral qalması yalnız müəyyən şərtlər daxilində mümkündür –axı Kremlin heç bir səbəb olmadan durub özünün bölgədəki geosiyasi ambisiyalarından əl götürəcəyi də inandırıcı görünmür.

Bəli, Kreml buna gedə bilər, amma ki, müəyyən şərtlər daxilində. Xüsusən də növbəti altı ildə Moskvanın öz iddialarını bir az da artıracağı gözlənir, bu isə deməkdir ki, Kremlin Qərblə münasibətləri bir az da soyuyacaq və onun keçmiş sovet məkanına “iştahası” artacaqdır.

Təsadüfi deyildir ki, artır Qərb mətbuatı da Kremlin yeni təhdid ünvanlarını nəzərə çarpdırmağa çalışır – bu yenə də Pribaltika və hətta Balkanlar ola bilər, çünki ruslar Balkanlardakı uğursuzluqları ilə hələ də barışmaq istəmirlər.

Özünüz indi bircə suala cavab verməyə çalışın: Balkanlara və Pribaltikaya “yerikləyən” Rusiya üçün Qafqaz, Ukrayna və yaxud da Mərkəzi Asiya gərəksiz ola, yaddan çıxa bilərmi? Məsələ də bundadı ki, yaddan çıxa bilməz.

Düşünürük ki, hətta Qarabağ probleminə də münasibət bizim “sıfır variantı”mıza Rusiyanın münasibətindən asılı olacaq. “Sıfır variantı” nədir? Biz Gürcüstandan fərqli olaraq bura NATO -nu çəkib gətirmək və Şimali Atlantika Blokunun Rusiya ətrafındakı çevrəsini bir az da artırmaq fikrində deyilik. Amma bura Rusiya qoşunlarını da gətirmir və hərbi– siyasi mövqemizi neytral bir ölkə, bloklara qoşulmayan ölkə kimi ifadə edirik.

Yeri gəlmişkən, apreldə Bakıda bloklara qoşulmayan ölkələrin də toplantısı da keçirilməlidir. Qərəz, “sıfır variant” buna deyirik və bir daha soruşuruq ki, bizim belə statusumuz növbəti altı ildə də Kremli qane edəcəkmi? Doğrusu, bununla bağlı şübhələrimiz var, ona görə ki, bu altı ildə Kreml geosiyasi iddialarını bir az da artırmağa cəhd edəcək.

Fəqət, bizə elə gəlir ki, bu, sonuncu cəhd olacaq, çünki Rusiyanın geosiyasi iddiaları ilə imkanları mütənasib deyildir. Cəmi iqtisadiyyatı ABŞ -ın bir ştatının - Kaliforniyanın iqtisadiyatı qədər olmayan, total büdcəsi ABŞ-ın hərbi büdcəsindən iki dəfə az olan və artıq sanskiyaların altında üzülən bir ölkə növbəti “soyuq savaş”a davam gətirməyəcək, ən azı ona görə ki, Rusiyanın ÜDM-i hələ də sovet Rusiyasının 90-cı ildəki ÜDM-nin səviyyəsinə çatmayıbdır!

Bir daha deyirik ki, Rusiyanın növbəti altı ildə “hədiyyə”lər paylayacağını düşünmürük – bu, daha çox acıqlı və iddialı bir Rusiya olacaq. Amma altı il əbədiyyət deyil, əksinə altı ildən sonra əbədiyyət gəlir. Bax, onda nə olacaq? Zaman özü sualların cavabını verir, xüsusən də o insanlara ki, onlar əlverişli zamanı gözləməyi bacarırlar...

Hüseynbala Səlimov

AzNews.az