10:09
(077) 610-22-33

Azərbaycanda təkrar parlament seçkisi keçirilə bilər

  • >
1 836 11 Mart 2013 14:25 | Siyasət

"Mərkəzi Seçki Komissiyası istər Gülər Əhmədova və istərsə də Hikmət Atayevin dairəsinə yeni millət vəkili seçkilərinin keçirilməsi məsələsi müzakirə olunmayıb" Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib. Lakin o qeyd edib ki, boş qalan dairələrə seçkilərin keçirilməsi qanunvericilikdə öz əksini tapıb.

"Boş qalan deputat yerlərinə seçkilərin keçrilməsi hələlik Mərkəzi Seçki Komissiyasında müzakirə olunmayıb. Müzakirə olunub, seçkilərlə bağlı qərar verildikdən sonra vaxt təyin olunur. Bundan sonra qananvericiliyə uyğun olaraq hər kəs öz namizədliyini verə bilər".

Qeyd edək ki, 34 saylı Xətai rayon II seçki dairəsindən seçilən Gülər Əhmədova özü millət vəkilliyindən imtina edib. 110 saylı Zaqataladan seçki dairəsindən seçilən deputat Hikmət Atayev isə martın 7-də Gürcüstan-Balakən yolunda keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

AzNews.az
Bağla X