Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb. Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

Xəstəxanalarda da səs vermək olacaq

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səhhəti ilə əlaqədar tibb müəssisələrində olan seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zaman deyib.

E.Ağayev bildirib ki, Səhiyyə Nazirliyi Azərbaycanda bütün seçkilərin şəffaf keçirilməsinə öz töhfəsini verib. O qeyd edib ki, prezident seçkilərində seçki günü on minlərlə insan xəstəxanalarda olacaq: “Onların səs verməsi üçün tibb müssisələrində seçki məntəqələri yaradılıb. Biz ötən seçkilərdə də tibb müəssisələrində olan insanların səs verməsi üçün lazımi şərait yaratmışıq”.

E.Ağayev həmçinin seçkilərlə əlaqədar tibb işçilərinin maarifləndirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

AzNews.az