Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Yunanıstan prezidentinə təbrik

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

Dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".