“Müxtəlif siyasi qüvvələr cəmiyyəti bütövlükdə aktivləşdirə, fəallaşdıra bilərlər” “Müxtəlif siyasi qüvvələr cəmiyyəti bütövlükdə aktivləşdirə, fəallaşdıra bilərlər”

İsa Qəmbər: “Namizəd olmaq da fədakarlıqdır”

“Müxtəlif siyasi qüvvələr cəmiyyəti bütövlükdə aktivləşdirə, fəallaşdıra bilərlər”




"Əgər fikir verirsinizsə, hakimiyyətə iddia edən, hakimiyyətin dəyişməsini tələb edən qüvvələrə qarşı iqtidar çox qəddardır. Bu mənada indiki mərhələdə namizəd olmağın özü bir fədakarlıqdır".

Bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər prezident seçkilərinə qoşulacaq namizədlərlə bağlı sualı cavablandırarkən deyib. O qeyd edib ki, namizəd olaraq seçkilərdə iştirak böyük fədakarlıq tələb etdiyi üçün digər liderlərin də bu ilki seçkidə iştiraka təşviq edir:

"Ona görə də mən istər Eldar bəyi, istərsə də digər dostlarımızı bu seçkilərdə iştiraka təşviq edirəm ki, hər bir siyasi liderin təklifi siyasi reallığa uyğundursa, deməli cəmiyyətin müəyyən hissəsini öz ətrafında toparlamağa qadirdir. Faktiki olaraq müxtəlif siyasi qüvvələr cəmiyyəti bütövlükdə aktivləşdirə, fəallaşdıra bilərlər. Eyni zamanda real qüvvələr, real namizədlər prosesin gedişində öz aralarında məsləhətləşmələr aparmaqla, ölkədə mühiti demokratikləşdirmək, normal seçki mühitinə nail olmaq üçün dəyişikliklər uğrunda birgə mübarizə apara, konkret sahələr üzrə əməkdaşlıq edə bilərlər ki, ölkədə seçki şəraiti yaransın".

Müsavat başqanı onu da qeyd edib ki, vahid namizəd məsələsinə müəyyən mərhələni keçməklə nail olmaq mümkündür:

"Bu prosesin yekunu kimi hansısa mərhələdə bu qüvvələr öz aralarında məsləhətləşmələr aparıb - əminəm ki, o zamana kimi xalqın seçimi əsasən aydınlaşacaq - kim xalqın etimadını qazana bilibsə, kim daha çox qüvvəni fəallaşdıra bilibsə, həmin şəxs qüvvələrin əsas namizədi kimi seçkilərdə iştirak edə və digər qüvvələrlə bir yerdə vahid komanda, vahid platforma ilə seçkiyə gedib, qalib gəlib gələ bilərlər".

Gültəkin
AzNews.az