09:45
(077) 610-22-33

“Erməni separatizmi Serj Sarkisyanın əleyhinə çevrildi” - Mübariz Əhmədoğlu

  • >
3 213 16 Aprel 11:20 | Siyasət

S.Sarkisyanın baş nazir qismində Ermənistana rəhbərlik etməsinə qarşı mübarizə başlayıb.

Mübarizənin liderləri S.Sarkisyana qarşı koalisiyanı genişləndirmək niyyətindədirlər və onlar Dağlıq Qarabağda erməni separatizminin öncüllərindən olmuş, Azərbaycan torpaqlarının işğalında xüsusi rolu olan V.Badasyana müraciət edərək Qarabağdan olanları S.Sarkisyanın əleyhinə çıxış etməyə çağırıb. Ən maraqlısı da budur ki, Badasyan Dağlıq Qarabağ ermənilərinin S.Sərkisyana qarşıçıxmasını nəinki istisna etməyib, hətta bunu zəruri adlandırıb. O, bildirib ki, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri vəziyyətin gedişini əgər S.Sarkisyana qarşı mübarizə ciddi olacaqsa, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri də o mübarizəyə dəstək verəcəklər. Badasyan fikrini əsaslandırmaq üçün Dağlıq Qarabağın təhlükəsizliyini və coğrafi vəziyyətini misal göstərib. Eləcə də bəlli məsələlərə görə çox şeyi açıqlaya bilməyəcəyini bildirib. V.Badasyanın dedikləri Azərbaycanda bizə gün kimi aydındır. Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyətin, hətta ədavətin olduğu bizə çoxdan bəllidir. Dağlıq Qarabağ erməniləri başa düşürlər ki, Ermənistan Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin edə bilmir.

Dağlıq Qarabağ ermənilərinin bəzilərinin fikrincə, S.Sarkisyan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini bilərəkdən təmin etmək fikrində deyil.

Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərinin problemli olmasında maraqlıdır.

Ona görə Dağlıq Qarabağ erməniləri çalışırlar ki, Ermənistan rəhbərliyini real praqmatik siyasət aparmağa vadar etsinlər. İndi Dağlıq Qarabağ erməniləri üçün real praqmatik siyasət Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması üzərində qurulub. Dağlıq Qarabağ ermənilərinin fikrincə, Ermənistan Azərbaycanla münasibətlərini hərb vasitəsilə müəyyənləşdirməməlidir. Ermənistan Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Yalnız Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağdakı ermənilərin fiziki təhlükəsizliyinin təminatıdır. Hal-hazırda Dağlıq Qarabağ erməniləri bu fəlsəfə ilə yaşayırlar. Dağlıq Qarabağdakı proseslər S.Sarkisyanın arzuladığı istiqamətdə getmir və gələcəkdə daha da bu S.Sarkisyanın əleyhinə sürətlə çevriləcəyini göstərir.

Azərbaycan Dağlıq Qarabağ erməniləri tərəfindən gələn istənilən müraciəti qəbul etməyə hazırdır.

Amma müraciət kütləvi, müraciəti imzalayan şəxslər kifayət qədər ciddi reputasiyaya malik olmalıdır. Dağlıq Qarabağ erməniləri adından müraciəti yayanların Ermənistanda və yaxud Dağlıq Qarabağın özündə yaşamasının elə də böyük əhəmiyyəti yoxdur.

Mübariz Əhmədoğlu

AzNews.az

Bağla X