İtaliya Respublikasının Prezidenti Sergio Mattarella və Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. İtaliya Respublikasının Prezidenti Sergio Mattarella və Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Liderlərdən Azərbaycan prezidentinə təbriklər davam edir - Yenilənib

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella və Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.

Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşıdakı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq.

Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cansağlığı və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram".

Macarıstan Respublikasının Prezidenti Yanoş Aderin Azərbaycanın dövlət başçısına ünvanlaydığı təbrik məktubunda qeyd olunur:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım.

İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcəkdir.

Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram".

***

18:43

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani və Yaponiyanın Baş naziri Şinzo Abe Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər.

AzNews.az xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram.

Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür.

Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir.

Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm".

Yaponiyanın Baş naziri Şinzo Abenin Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionlarda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fürsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm.

Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm.

Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".