“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. “Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Total” şirkətinin baş icraçı direktoru İlham Əliyevi təbrik etdi - Foto

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az xəbər verir ki,təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir. Bu xoş imkandan istifadə edərək, “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram”.