Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Səlim Müslümov vəzifəsindən getdi - Yeni nazir Sahil Babayevdir

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

AzNews.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasə, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Buna qədər isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.

Sahil Babayev 1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

2014-cü ildə prezidentin sərəncamı ilə İqtisadiyyat və sənaye nazirinin müavini təyin olunub.

Ailəlidir.