Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Miloş Zeman prezidenti təbrik etdi

Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Mən çox şadam ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanan əlaqələr səmimi və davamlı xarakter daşıyır, müsbət istiqamətdə inkişaf etməkdədir. Bununla bərabər, hər iki tərəf üçün iqtisadi sahəni inkişaf etdirməyə imkan verəcək yaxşı perspektivlər mövcuddur. Buna görə də əminəm ki, yeni mandatınız dövründə mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və yeni layihələrə imza atacağıq.

Azərbaycan yalnız ikitərəfli sahədə mühüm tərəfdaş deyil. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək. Həmçinin Çex Respublikasının da təşəbbüskarı olduğu və qonşuluğumuzdakı ən yaxın tərəfdaşlarımızla münasibətlərin inkişafı üçün əvvəllər olduğu kimi, dost və faydalı format olaraq dəyərləndirdiyimiz Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün də perspektivlər var.

Mən 2015-ci ilin sentyabr ayında Bakıda dövlət səfərində olmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Eləcə də daha öncəki dəvətimi təkrar xatırladaraq Sizin Praqaya səfərinizi gözlədiyimi bildirmək istəyirəm.

Hörmətli cənab Prezident, seçkilərdəki qələbəniz münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə, yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

İspaniyanın baş naziri Mariano Rahoy Brey də prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".