Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb. Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb.

“Başqa heç bir iki ölkə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil” - Prezident İlham Əliyev

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşüb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edib. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini bildirib.

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib.

“Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman deyib.

O, Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirərək, İ. Əliyevi prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbrik edib: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi”.

Daha sonra görüş qapalı keçirilib.

image description