02:53
(077) 610-22-33

Siyasilər “El” hərəkatı haqda nə düşünür?

  • >
401 14 Mart 2013 15:27 | Siyasət

Sərdar Cəlaloğlu: "Məqsəd prezident seçkilərində müəyyən bir qrupun maraqlarını ifadə etməkdir"

Əli Əliyev: "Bizim üçün onların fəaliyyət istiqamətləri hələlik qaranlıqdır"

Mirmahmud Mirəlioğlu: "Hər halda kimlərinsə bir araya gəlməsi normaldır"

Bir neçə aydır müzakirə olunan və nəhayət bu həftə təqdimatı keçirilən "El" hərəkatı ilə bağlı müxalif siyasilərin də fikirləri birmənalı deyil. Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran partiya sədrləri yeni qurum haqqında o qədər də məlumatlı olmadıqlarını bildiriblər.

ADP sədri hesab edir ki, təşkilatın adı yanlış seçilib. Onun səzlərinə görə, hərəkatın adındakı "el" sözü klassik mənadakı anlamı vermir, bu, ictimaiyyəti çaşdıra bilər. O eyni zamanda qeyd edib ki, təşkilat seçki ərəfəsində müəyyən qrupların maraqlarını həyata keçirməyə yönəlib: "Mənim müşahidələrimə görə, "El" adlı təşkilatı yaradanların məqsədi prezident seçkilərində müəyyən bir qrupun maraqlarını ifadə etməkdir. Ziyalılar Forumundan müəyyən adamların çıxıb bu qurumdan kənarda qalan adamları ətraflarına toplamaqla prezident seçkilərində iştirak edəcək yeni bir qrup əmələ gətirməkdən əlavə "El" hərəkatının mahiyyəti yoxdur. Əgər söhbət prezident seçkilərində birgə iştirakdan gedəcəksə və bizə də belə bir təklif gələcəksə, biz bunu dəyərləndirəcəyik".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev quruma fəaliyyətində uğur diləsə də hələlik onların fəaliyyətinin necə olacağını bilmir: "Hərəkatın gələcəkdə mövqeləri bilinər, əməkdaşlıq üçün müraciətləri olarsa, nəzəri baxımdan bu mümkündür. Amma hələlik onların hansı yolu seçəcəkləri barədə bir şey demək olmaz. Çünki, bizim üçün onların fəaliyyət istiqamətləri hələlik qaranlıqdır. Məlum olduqdan sonra yəqin ki, mövqe bildirmək mümkün olacaq".

KXCP sədri Mirmahmud Mirəlioğlu "El"-in təqdimatından mətbuatdan məlumat əldə etdiyini bildirib: "Yaşayıb görərik, nə olacaq. Hər halda kimlərinsə bir araya gəlməsi normaldır. "El" adlı bir qurumun yaranacağı barədə məlumatımsa əvvəlcədən var idi".

Gültəkin
AzNews.az

Bağla X