Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni altı girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni altı girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

PA işçiləri üçün daha bir bina tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni altı girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

AzNews.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün üç hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.