Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri başa çatıb. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri başa çatıb.

İlham Əliyevin Böyük Britaniyaya səfəri başa çatdı - Fotolar

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri başa çatıb.

AzNews.az xəbər verir ki, Tereza Meyin dəvəti ilə Böyük Britaniyaya təşrif buyuran Azərbaycan Prezidenti İlham Əliyevin Krallığa səfəri aprelin 26-da başa çatıb.

Görüşdən sonra prezident İlham Əliyevin və baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.

Qeyd edək ki, Tereza Meyin dəvəti ilə Britaniyaya səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Londonda Krallığın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed və Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkanla da görüşüb.

image description image description image description image description image description