9 may 2018-ci ildə Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib. 9 may 2018-ci ildə Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib.

Radikal müxalifət və 5-ci kolon xarici qrant uğrunda bir-birini qırır - Fotofakt

9 may 2018-ci ildə Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib.

Emin Millinin radikal mexalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə tuş gəlib. Nəticədə tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda gedən mübarizə özünü aşkar şəkildə biruzə verdi, hətta təhqiramiz forma aldı.

Bu arada, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın bir-birilərinə qarşılıqlı ittihamları da diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızını “Meydan TV”-nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu, eləcə də Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc isə öz növbəsində Xədicəni xəstə adlandırıb.

Natiq Adilov da Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə gönahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır.

Cəmil Həsənli isə “Meydan TV”-nin aldığı qrantları doğrultmadığnı yazıb. Görünür, “Meydan TV”-yə ayrılan irihəcmli qrantlar Cəmil Həsənlini ciddi narahat edir. Belə aydın olur ki, bütün müxalifət düşərgəsində qrant uğrunda amansız mübarizə gedir.

Kamil Vəli Nərimanoğlu isə Emin Millini Emin Zilli adlandırır, hətta onun haqqında eşşək ifadəsini işlədir.

Gördündüyü kimi Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, meydana, mitinqlərə səsləyən müxalifət başçıları, fəalları və “5-ci kolon” ulduzları qənimət üçün bir-birilərini təhqir etməkdən belə çəkinmirlər.

Qrant uğrunda bir-birinə qənim kəsilən bu insanların daha şirnikləndirici təkliflər qarşısında gözlərini qırpmadan öz vətənlərini, dövlətlərini, xalqlarını satacaqlarına artıq heç bir şübhə yoxdur.

AzNews.az