Ermənilər Azərbaycanda və Türkiyədə gecə-gündüz onlar haqqında düşünüldüyünü zənn etsələr də, biz azərbaycanılara bu axmaq ölkəni maraqlı edən yeganə amil, ən azı, Dağlıq Qarabağ problemidir. Ermənilər Azərbaycanda və Türkiyədə gecə-gündüz onlar haqqında düşünüldüyünü zənn etsələr də, biz azərbaycanılara bu axmaq ölkəni maraqlı edən yeganə amil, ən azı, Dağlıq Qarabağ problemidir.

Qarabağ danışıqları nə vaxt başlaya bilər?

Ermənilər Azərbaycanda və Türkiyədə gecə-gündüz onlar haqqında düşünüldüyünü zənn etsələr də, biz azərbaycanılara bu axmaq ölkəni maraqlı edən yeganə amil, ən azı, Dağlıq Qarabağ problemidir.

Ermənilər adını nə qoyurlar-qoysunlar, bizim üçün bütün hallarda yeni adamların Qarabağ problemi haqda nə düşündükləri olduqca maraqlıdır. Vuruşmaq isətiyirlərsə vuruşaq, danışmaq istəyirlərsə danışaq – axır, necə deyərlər, işimizi bilək.

Amma Ermənistanın yeni, təp-təzə “inqilabi hökumətinin” çox tez zamanda Qarabağla bağlı danışıqlar müstəvisinə qayıdacağını gözləmirdik və bu da səbəbsiz deyildi.

Birincisi, istənilən hökumətin tam formalaşması üçün müəyyən vaxt lazımdır.

İkincisi, yeni hökumət əvvəlcə özünü komanda kimi hiss etməli və onun müxtəlif problemlərlə bağlı ortaq mövqeyi müəyyənləşməlidir.

Üçüncüsü, əsl legitim və fəaliyyət iqtidarında olan hökumət Ermənistanda yalnız yeni parlament seçkiləri əsasında formalaşa bilər.

İndiki hökumət özgə, rəqib parlamentin küçə etirazlarının təzyiqi altında müvvəqqəti mandat verdiyi bir kabinetdir. Hətta siyasətdən uzaq adama da aydındır ki, indiki halda hətta istəsə də, yeni hökumət ciddi bir iş görə bilməz, çünki arxasında öz parlamenti dayanmayıb.

O ki qaldı Qarabağla bağlı yeni hökumət üzvlərinin, o cümlədən N.Paşinyanın özünün sayıqlamarına, bütün bunlar böyük ehtimalla zond xarakteri daşıyır.

Bu adamlar gözəl anlayırlar ki, Qarabağ hərbi və siyasi teatrını hələ də Qarabağ klanı idarə edir. Bunlar əvvəlcə Dağlıq Qarabağı özləri üçün idarə olunan vəziyyətə gətirməlidirlər ki, onun adından danışa bilsinlər.

Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması məsələsi də yeni mahnı deyil, Ermənistan illərdir, bunu reallaşdırmağa cəhd edir, amma indiyədək bu, nə hüquqi, nə də institusional forma tapmayıb. Nə Minsk Qrupu formatında belə şey nəzərdə tutulubdur, nə də Ermənistanın özü hələ ki, Dağlıq Qarabağı tərəf kimi tanıyıbdır.

N.Paşinyanın Dağlıq Qarabağın tərəf kimi danışıqlara cəlb edilməsi təklifilə çıxış etməsi isə Qarabağ ermənilərinin “saqqızını oğurlamaq” cəhdindən və onların xoşuna gəlmək istəyindən başqa bir şey deyil.

Həm də Paşinyan yeni hakimiyyət kimi sələflərinin Qarabağla bağlı siyasətini də tənqid etməlidir. Bunun üçünsə deməlidir ki, S.Sarkisyan hökuməti Dağlıq Qarabağa tərəf kimi tanıda bilmədi, 2016 -cı ilin aprel döyüşlərində böyük olmasa da, hər halda, müəyyən itkilər verdi və s...

Yəni bu məsələyə də adi siyasi prizmadan baxmaq lazımdır – yeni hökumətlər adətən özlərindən əvvəlkiləri tənqid edirlər. Həm də burada başqa bir mühüm detal var. Dağlıq Qarabağ siyasətinin detallarını hələ ki, Kreml müəyyənləşdirir.

Kremlə isə hazırda Dağlıq Qarabağ probleminin hər hansı formada həlli sərf etmir. Çünki problemin həll ediləcəyi halda Moskva ya Bakını, ya da İrəvanı itirəcək. Bu isə Kremlə lazım deyil və o, Dağlıq Qarabağ problemi ilə Bakını və İrəvanı ətraflında saxlamağa üstünlük verir.

Moskva yalnız o halda problemin həllinə start verə bilər ki, Bakı ilə İrəvandan birini seçmək qərarına gəlsin. Hələ ki, V.Putin belə bir seçim qarşısında deyildir. Ermənistan inqilabının “geosiyasi rəng”i başqa çalar almağa başlayanda mümkündür ki, Moskva ilə İrəvan arasında ciddi bir “çat” yaransın – bəli, o halda nəsə ola bilər...

Amma bu halda da Kreml dərhal Ermənistandan vaz keçməyə qərar verməyəcək. Əvvəlcə problemi Ermənistanın içində həll erməyə və cızıqdan çıxmış erməni hakimiyyətini başqası ilə, rusiyayönümlü siyasi qüvvə ilə əvəz etməyə çalışacaq. Yox, bu heç cür alınmazsa, o halda “çat” həqiqətən dərinləşə bilər və Kreml əsl seçim edə bilər. İndiki halda isə bu, hələ tezdir.

Həm də L.Ter-Petrosyan Z.Qamsaxurdiya olmadığı kimi, cənab Paşinyan da Saakaşvili olmayacaq. Ona görə də hələ ki, gözləmək lazım gələcək.

Düzdür, bu yaxınlarda həmsədrlər bildirdilər ki, iyun ayında Ermənistanın yeni hökumətilə müzakirələrə başlamaq istəyirlər. Təbii ki, bu da bir diplomatik jestdir və mənası da budur ki, biz də yeni hökuməti tanıyır və onunla müzakirə yapmağa hazırıq.

O ki qaldı bizim hökumətin, xüsusən də diplomatlarımızın bəyanatlarına, əvvəl deyirdilər ki, substantiv danışıqlara hazırıq. İndi isə bunu yeni terminlə əvəz ediblər – intensiv danışıqlar. Halbuki bizim diplomatların bəyanatlarında aprel döyüşlərindən sonra bir ton duyulmalı və hiss edilməlidir: DİQTƏ TONU. Qoy, biz erməni hökumətinin deyil, əksinə, ermənilər bizim diplomatların bəyanatlarını çözməklə məşğul olsunlar.

Həm də bilmək lazımdır ki, N.Paşinyan Dağlıq Qarabağla bağlı siyasətində dəyişiklik etməsə, bütövlükdə region dövlətlərilə normal və işgüzar münasibətlər qurmağa çalışmasa, heç nəyə nail olmayacaq. Çünki real həyatda möcüzə oımur və ona hətta ABŞ-dan dəvət etmək istədiyi iqtisadçı D.Əcəmoğlu da kömək edə bilməyəcək – bir daha ərz edirik ki, Ermənsitanın iqtisadi cəhətdən özünə gəlməsinin bir yolu var: Bakı və Ankara ilə normal münasibətlər qurmaq. Qursalar nəsə alınacaq, yox, əgər Köçəryan-Sarksiyan yolunu seçəcəklərsə, özlərindən küssünlər.

Qərəz, bu gün üçün mövcud olan siyasi reallıq budur. Onu da deyək ki, hətta Moskvanın özündə bu yeni “inqilabi hökumət”in tutacağı istiqamətlə bağlı tam yəqinlik yoxdur. Daha doğrusu, Paşinyana inanmır və öz balalaykalarında köhnə mahnılarını ifa edirlər. Məğzi də budur ki, Ermənistan Rusiyadan aralansa Yer üzündən silinəcəkdir. Kim siləcək? Əlbəttə ki, Azərbaycan və Türkiyə!

Sonuncu ilə bağlı nə demək olar? Bizim ilk Demokratik Respublikanın vaxtında, yəni 1918-20-ci illərdə, rus imperiyasının çökdüyü bir vaxtda Azərbaycan Respublikası bir dəfə belə olsun, Ermənistana ərazi iddiası irəli sürmədi. Əksinə, İrəvanı onlara güzəşt etdi ki, ermənilər dövlətlərini elan edə bilsinlər. İndi də Azərbaycan Ermənistana heç bir ərazi iddiası irəli sürmür, halbuki bunun üçün yetərincə əsası var.

Bəs onda Rusiya nə deyir, nə istəyir? Kremlin nə istədiyi bəllidir – onlara lazımdır ki, İrəvan “tilov”dan çıxmasın. Bəs ermənilər nə istəyir? Bax, bu, həqiqətən çətin sualdır. Guya “böyük Ermənistan” sevdasında bulunurlar. Amma bu axmaq xalq qəti başa düşmək istəmir ki, “böyük Hayastan” real şey olsaydı, ona birinci badalağı Kreml özü gələrdi...

Hüseynbala Səlimov
AzNews.az