Bəlkə də lap əvvəllər də belə müzakirələr və təkliflər olub. Amma bizim özümüzün bilavasitə müşahidə etdiyimiz budur ki, “soyuq savaş” bitməyə başlayandan bəri zaman-zaman müxtəlif siyasətçilər, politoloqlar bir struktur kimi BMT-nin problemlərini diqqətə gətirib, onun islah olunması üçün müxtəlif formatlar təklif ediblər. Bəlkə də lap əvvəllər də belə müzakirələr və təkliflər olub. Amma bizim özümüzün bilavasitə müşahidə etdiyimiz budur ki, “soyuq savaş” bitməyə başlayandan bəri zaman-zaman müxtəlif siyasətçilər, politoloqlar bir struktur kimi BMT-nin problemlərini diqqətə gətirib, onun islah olunması üçün müxtəlif formatlar təklif ediblər.

Ərdoğan BMT-dən niyə gileyləndi?

Bəlkə də lap əvvəllər də belə müzakirələr və təkliflər olub. Amma bizim özümüzün bilavasitə müşahidə etdiyimiz budur ki, “soyuq savaş” bitməyə başlayandan bəri zaman-zaman müxtəlif siyasətçilər, politoloqlar bir struktur kimi BMT-nin problemlərini diqqətə gətirib, onun islah olunması üçün müxtəlif formatlar təklif ediblər.

Bu da səbəbsiz deyildi. Ötən əsrin ikinci yarısı ərəfəsində və ya bundan sonra yaranmış bütün beynəlxalq təşkilatlarda bir “soyuq savaş”ın, bir də İkinci Dünya müharibəsinin möhürü vardı.

Ona görə də düşünülürdü ki, belə vəziyyət əbədi davam edə bilməz, dünya əbədi olaraq “qalib”lərə və “məğlub”lara bölünməməlidir. Ya TŞ-nın daimi üzvlərinin sayı artırılmalı, bura ötən əsrin ikinci yarısından başlayaraq dünya siyasətində və iqtisadiyyatında aparıcı rol oynamağa başlamış yeni dövlətlər də daxil edilməli, ya da beş daimi üzvün imtiyazlarına son verilməlidir.

Üstəlik, burada bir məsələ də var. Təşkilatın problemi təkcə beş daimi üzv məsələsi də deyil, həm də odur ki, BMT-nin bir struktur kimi dünyanın bu və ya digər problemlərinə təsir etmək üçün real “rıçaq”ları yoxdur.

Amma dərinə gedəndə anlayırsan ki, elə bu da haradasa təşkilatın beş daimi üzvün əsirinə çevrilməsinin nəticəsidir. Bir də görürsən BMT bu və ya digər probelmə təsir etmək üçün real qərar ərəfəsində olur. Di gəl, məsələ bu məqama dirənəndə dərhal daimi üzvlərdən biri özünün veto hüququndan istifadə edir və bununla da hər şey qeyri-müəyyən müddətə tormozlanır.

Çox maraqlıdır ki, ABŞ prezidenti D.Trampın da seçki tezislərinin mühüm hissəsi məhz BMT-nin tənqidinə həsr olunmuşdu. Tramp ABŞ-ın BMT-nin əsas xərclərini çəkməməli olduğunu bildirir, həm də mühüm məsələlərlə bağlı qərarların qəbul oluna bilməməsindən, hətta olunduğu təqdirdə belə icra edilmədiyindən gileylənirdi.

Sonrakı müşahidələr isə göstərdi ki, Tramp da BMT-nin daha artıq “amerikalaşmamasından” gileylidir. Bəlli oldu ki, Vaşinqton bu təşkilatı özünə daha artıq tabe etməyə çalışır.

Qərəz, tənqidlər və təkliflər davam edir və ən paradoksal hal budur ki, məsələn, ABŞ da BMT-dən gileylənir, İran da! ABŞ da BMT-ni tənqid edir, Rusiya da! Heç kim də problemin kökünü görmək istəmir.

Bu günlərdə Türkiyə prezidenti R.T.Ərdoğan da təşkilatı tənqid etdi və onun beş üzvün girovuna çevrildiyini bildirdi.

Lakin burada çox maraqlı bir nüans vardır. Böyük dövlətlər, fövqəlgüclər üçün BMT bir əngəl, orta və kiçik ölkələr üçün isə əksinə, ümid və güvənc yeridir...

Güman ki, problemin bizim üçün də nə qədər aktual olması hər bir azərbaycanlıya aydındır. Dörd qətnamənin inidiyədək icra olunmaması haqda o qədər yazmışıq və danışmışıq ki, artıq bu mövzu maraqsızlaşmağa başlayıb. Amma biz də bu dünyada yaşayırıqsa, o halda onun siyasi arxitekturasına və problemlərinə biganə ola bilmərik.

Məsələn, arabir BMT Baş katibi, yaxud onun ayrı-ayrı struktur rəhbərləri Azərbaycana məktublar ünvanlayırlar. Təsəvvür edin, həmin yazılarda dörd qətnamənin adı hallanmır. Halbuki BMT yetkililəri də hər fürsətdə o qətnamələri aktuallaşdırmalıdırlar ki, digərlərinin də diqqətini cəlb etsin. Amma etmirlər...

Və yaxud başqa misal. Neçə illərdir, guya Qarabağ probleminin siyasi həllini tapmaq üçün bazis prinsiplər, hüquqi platforma aranır. Halbuki bu platforma, bu prinsiplər dörd qətnamədə demək olar ki, ifadə olunub və həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması tələb olunub. Fəqət hiss olunur ki, BMT-nin funksionerləri bundan “xəbərsizdir”lər...

Bir neçə il bundan əvvəl Azərbaycanın ərazi bütövlüyü BMT-də müzakirə predmeti oldu. Təsəvvür edin, üç həmsədr ölkənin heç biri bu sənədin lehinə səs vermədi. Halbuki başqa vaxt dil-dil ötürlər ki, bəs biz Azərbaycanın ərazi bütövlüyünü müdafiə edirik!

Demək lazımdır, əgər müdafiə edirsinizsə, buyurun, bunu BMT-nin müvafiq toplantılarında da edin! Bəs həmin üç həmsədr ölkə BMT-də nə kimi statusa malikdir? Hər üçü TŞ-nın daimi üzvüdür...

Bilirsinizmi, məsələ təkcə Dağlıq Qarabağ problemində də deyil. Məsələn, yaxınlarda dünya ölkələrinin əksəriyyəti ABŞ-ın Yerusəlimlə bağlı qərarını pisləyən sənəd qəbul etdi.

Amma nə olsun? Nə dəyişdi? BMT bununla bağlı nəsə edə bildimi və yaxud edə biləcəkmi? Gələcəklə bağlı tələsik qərar verib insanlardakı pessimizmi bir az da artırmaq istəməzdik. Sadəcə, onu deyək ki, hələlik heç nə yoxdur. Üstəlik, ABŞ elə bu yaxınlarda səfirliyini Qüdsə köçürdü, daha iki dövlət də ona qoşuldu...

Buna görə də bir az qəribə səslənsə də deməliyik ki, “soyuq savaş” vaxtında müəyyənlik və aydınlıq daha çox idi –bilirdin ki, bu kommunist, o birisi əks düşərgədir. İndi nə var? Hamı hüquqdan və ədalətdən danışır, ən çox danışan da elə beş daimi üzv ölkələrdir. Amma nə hüquq var, nə də ədalət...

Hüseynbala Səlimov
AzNews.az