Qabon Prezidenti Əli Bonqo Ondimbadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Qabon Prezidenti Əli Bonqo Ondimbadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bir sıra dövlət başçıları Prezidenti Respublika Günü münasibətilə təbrik edib

Qabon Prezidenti Əli Bonqo Ondimbadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Livan Prezidenti General Mişel Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi Livan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə rifah arzulayıram".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:

"Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük" inkişaf və rifah arzu edirəm.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Qardaşınız Salman bin Əbdüləziz Al Səuddan:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

***

İsveçin Kralı Karl Qustav Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".