Hətta ən səriştəsiz politoloq belə, indiki şəraitdə N.Paşinyanın və tərəfdarlarının Ermənsitandakı proseslərə tam nəzarət etdiyinə inanmaz. Hətta ən səriştəsiz politoloq belə, indiki şəraitdə N.Paşinyanın və tərəfdarlarının Ermənsitandakı proseslərə tam nəzarət etdiyinə inanmaz.

Paşinyan Ermənistana tam nəzarət edə bilirmi?

Hətta ən səriştəsiz politoloq belə, indiki şəraitdə N.Paşinyanın və tərəfdarlarının Ermənsitandakı proseslərə tam nəzarət etdiyinə inanmaz.

Düzdür, yeni baş nazirin Dağlıq Qarabağla bağlı sərt bəyanatları, xüsusilə də Azərbaycanla sərhəddə baş verən hərbi təxribatlar ilk öncə buna tam əks təəssürat yaradır.

Amma birmənalı şəkildə demək olar ki, Paşinyan hələ ki, küçə və meydanlara nəzarət edə bilir. Parlament, yerli hakimiyyət strukturlarının mühüm hissəsi, ən başlıcası da Qarabağ hərbi-siyasi teatrı hələ də hakim partiyanın - S.Sarkisyanın tərəfdarlarının, necə deyərlər, kriminal Qarabağ klanının nəzarətində qalmaqda davam edir.

Belə vəziyyətdə tez bir zamanda parlament seçkilərini təyin etmək daha məntiqli olardı, çünki yalnız öz parlament çoxluğuna arxalanan kabinet icra qabiliyyətli ola bilər.

Üstəlik, Paşinyan anlamaılıdır ki, onun kabineti küçə təzyiqlərinin nəticəsində güzəştə getməyə məcbur olmuş keçmiş hakim partiya ilə çox kövrək siyasi razılığın nəticəsidir.

Lakin görünür, Paşinyan hakim partiyanın mövqelərini tamam zəiflətmək, onun siyasi rişələrini “siyasi landşaftdan” qoparmaq üçün hələ küçə və meydan amilindən çox istifadə etməli olduğunu anlayır. Çünki indiki halda keçmiş hakim partiyanın tamam kənarlaşdırılmadığı bir vəziyyətdə seçki keçirmək də riskli məsələdir.

Güman ki, N.Paşinyanın güclü və mütəşəkkil bir siyasi ətrafının olmaması da məsələyə təsir edir. Ona görə də ermənilərin “inqilabi hökuməti” növbədənkənar parlament seçkiləri haqda qəti qərar verməyə hələ tələsmir.

Sərt bəyanatlara gəldikdə isə biz qətiyyən demirik ki, bunlar N.Paşinyanın ürəyindən gəlmir. Yox, o da ermənidir və cəmi ermənilər kimi o da “kollektiv patalogiyalar”dan azad deyil. İllərlə neçə-neçə nəslin beyninə sərsəm “ideyalar” yeridilib, onlar bunu kilsədə, məktəbdə eşidiblər, kitablardan oxuyublar.
Ona görə də demək olarmı ki, ilk baxışda xarici görünüşü ilə qeyri-ənənəvi sosial qrupların təmsilçilərini xatırladan bu adam “böyük Ermənistan” xülyasından tamam-kamal azaddır? Yox, əlbəttə, demək olmaz. Çünki bir daha deyirik ki, o da hər şeydən öncə ermənidir və bu xüsusda atalarımızın bəlli misalı var: İlanın ağına da lənət, qarasına da...

Elə bəla da burasındadır ki, erməni auditoriyası da “sərt bəyanat”lar gözləyir. Hiss olunur ki, otuz illik münaqişə bunlara dərs olmayıb. Bu axmaq xalq hələ də düşünür ki, Koçaryan da, Sarksiyan da səriştəsiz bir şəkildə problemin həllini yubadırdı, guya ki, onun daha efektiv və sürətli həlli varmış...

Elə bu səbəbdən Ermənistanın bütün bu “məxməri proseslər”indən gözümüz su içmir. Birincisi, proseslərin tez bir zamanda bitəcəyini və normallaşcağını gözləmirik. Ölkə parlament idarəçilik üsuluna keçid istiqaməti tutanda da yazırdıq ki, bu axmaq xalq necə bir qələt etdiyinin və necə bir yükün altına girdiyinin fərqində deyil.

İkincisi, Paşinyan axına qarşı gedə bilən, güclü, qeyri-populist siyasət adamı təsiri bağışlamır. Əksinə, bir çox məsələlərdə buz üstünə çıxmış və gözləri bərəlmiş buzovu xatırladır.

Düzdür, onun guya siyasi-ictimai təcrübəsi var, guya bərkdən-boşdan çıxıbdır. Ancaq yenə də ərz edirik ki, o, lazım gələndə qeyri-populist qərarlar da qəbul edə bilən siyasətçiyə oxşamır.

Bir tərəfdən bu, bizə əlavə şans verir: daxili problemlərinə başı qarışmış, didişən Ermənistan Qarabağ müstəvisində güclü görünmür.

Di gəl, bu, həm də bütün sərhəd boyunca hərbi təxribatlar, daha da nəzarətsizlik və özbaşınalıq deməkdir. Sadəcə, biz daim hərbə hazır olub düşmənə gözləmədiyi məqamda elə zərbə vurmalıyıq ki, onu sarsıtsın və bir az da gücdən salsın. Amma zərbələrin istiqaməti Qarabağdan olmalıdır ki, ermənilər bizi KTMT ilə təxribata çəkə bilməsin. Hərçənd, Azərbaycan-Rusiya əlaqələrinin durumu, Ermənistandakı məchulluğun və qeyri-müəyyənliyin Kremldə də yaratdığı çaşqınlıq, düşünürük ki, bu ehtimalı xeyli azaldır.

Prinsipcə, N.Paşinyanla bağlı da müəyyən senarilər qurmaq olar. Amma daha çox ehtimal olunanı budur ki, bu adam öz erməniliyindən və bir də Kremlin bütün erməni siyasətçilərin ətrafında cızdığı dairədən irəli gələn davranışdan fərqli davranış nümayiş etdirməyəcək.

Bu adam guya Ermənistan iqtisadiyyatının dirçəliş yollarını aramaq üçün ABŞ-dan iqtisadçılar dəvət etmək istəyir, ölkəsini təcrid halından çıxarmaq üçün S.Sarkisyanın Gürcüstanla apardığı danışıqları da davam etdirir.

Nə demək olar? Burada M.Saakaşvilinin maraqlı etirafını yada salmaq istərdik: “Mən itisadi və maliyyə dəstəyi əldə etmək üçün okeanın o biri tərəfinə də baş vurdum, lakin dəstəyi Bakıda tapdım”.

Elə N.Paşinyanın da ölkəsi üçün aradığı tərəqqiyə aparan bir resept var: Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq...

Hüseynbala Səlimov
AzNews.az