Vaxtilə Rüstəm İbrahimbəyov adlı nankor bir kinorejissor vardı. Hələ 2008-ci ildə o, Rusiya mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, ermənilərə bəslədiyi gizli rəğbəti açıq şəkildə bəyan etmişdi. Bundan sonra həm ermənilərin, həm də ermənipərəst dairələrin yanında “hörməti” xeyli artmışdı. Ermənilər isə azərbaycanlılara qarşı çirkin niyyətlərini həyata keçirmək üçün bu xəyanətkardan bir alət kimi istifadə etmişdilər. Bu adam daha sonra, 2013-cü ildə erməni qardaşlarının təkidi ilə siyasətə girişmiş və Azərbaycan hakimiyyətinə qarşı təhqiramiz fikirlər səsləndirmişdi. Çıxışlarında daim ermənilərə rəğbət bəsləməsi onun erməni xislətini təsdiqləmişdi... Vaxtilə Rüstəm İbrahimbəyov adlı nankor bir kinorejissor vardı. Hələ 2008-ci ildə o, Rusiya mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, ermənilərə bəslədiyi gizli rəğbəti açıq şəkildə bəyan etmişdi. Bundan sonra həm ermənilərin, həm də ermənipərəst dairələrin yanında “hörməti” xeyli artmışdı. Ermənilər isə azərbaycanlılara qarşı çirkin niyyətlərini həyata keçirmək üçün bu xəyanətkardan bir alət kimi istifadə etmişdilər. Bu adam daha sonra, 2013-cü ildə erməni qardaşlarının təkidi ilə siyasətə girişmiş və Azərbaycan hakimiyyətinə qarşı təhqiramiz fikirlər səsləndirmişdi. Çıxışlarında daim ermənilərə rəğbət bəsləməsi onun erməni xislətini təsdiqləmişdi...

Milli xəyanətin və mənəvi deqradasiyanın son həddi - Rüstəm İbrahimbəyovun timsalında

Vaxtilə Rüstəm İbrahimbəyov adlı nankor bir kinorejissor vardı. Hələ 2008-ci ildə o, Rusiya mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, ermənilərə bəslədiyi gizli rəğbəti açıq şəkildə bəyan etmişdi. Bundan sonra həm ermənilərin, həm də ermənipərəst dairələrin yanında “hörməti” xeyli artmışdı. Ermənilər isə azərbaycanlılara qarşı çirkin niyyətlərini həyata keçirmək üçün bu xəyanətkardan bir alət kimi istifadə etmişdilər. Bu adam daha sonra, 2013-cü ildə erməni qardaşlarının təkidi ilə siyasətə girişmiş və Azərbaycan hakimiyyətinə qarşı təhqiramiz fikirlər səsləndirmişdi. Çıxışlarında daim ermənilərə rəğbət bəsləməsi onun erməni xislətini təsdiqləmişdi...

Elə indi də bu nankor kinorejissor erməni lobbisinin əlində bir oyuncaqdır. Məsələn, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı “vəhşi”, “qəddar”, “riyakar”, “mədəniyyatsız”, “milli kökləri olmayan” obrazda, ermənilər isə “ailicənab”, “sülhsevər”, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin senari müəllifi kim olsa yaxşıdır? Rüstəm İbrahimbəyov... (rejissorları isə Eldar Şengelaya, Fuad İbrahimbəyovdur).

Film başlayan kimi azərbaycanlı bir uşağın “qorxaq obrazı canlandırılır. Bunun fonunda “mərd”, “güclü”, “təmənnasız” və “geniş ürəyə sahib” bir erməni uşağının obrazı təqdim edilir. Ardınca Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən böyük “coşqu” ilə qarşılanması və bu qəddarlığın əslində “xalqımızın mentalitetinə oturuşduğu” kimi təqdim edilir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən qəddarcasına döyüldüyü təsvir olunur...

Heç şübhəsiz ki, Əkrəm Əylislinin “Daş yuxular” adlı cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı dünya erməniliyi üçün çox dəyərli hədiyyədir. Aydın məsələdir ki, bu filmin maliyyə dəstəkçiləri birbaşa və ya dolayısı ilə ermənilərdir.

Əlbəttə, R.İbrahimbəyovun xalqımız qarşısındakı dağıdıcı, xain və dönük fəaliyyəti zaman-zaman özünü büruzə verib. Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına, ermənilərlə əməkdaşlığını möhkəmləndirməyə yönəlmişdi. Özünü “ziyalı” adlandıran, “zavallı ermənilərin” halına acıyan, onların problemlərini özünə dərd edən bu şəxs hansı mənəvi haqla Azərbaycandan və azərbaycançılıqdan danışır? Belələri bu cür sərsəm hərəkətlər edəndə milyondan çox qaçqın və məcburi köçkünümüzü, müharibədə doğmalarını qurban vermiş vətəndaşlarımızı, minlərlə şəhidimizi təhqir etdiyini görmürmü?

Əksinə, o, filmdə sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan adamları tapıb öldürmək arzusu ilə yaşayırmış... Filmdə “qəddar” Bakının fonunda bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını da təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir...

Əslində bu filmi bir çox prizmalardan dəyərləndirmək mümkündür: xalqının “vəhşi” obrazını yaratmaqla onu aşağılaması fonunda Rüstəm İbrahimbəyovun özünü böyük “humanist” kimi qələmə vermək cəhdi; kinorejissorun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürü; Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birinin “milləti düşünən əsl ziyalı” olduğunun, onu prezident kürsüsünə yüksəltməyə çalışan “milli şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasının aydın ekranı...

Maraqlı məqamlardan biri isə budur ki, sözügedən filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Təbi ki, başqa heç bir azərbaycanlı belə yaramaz, düşmən əli olan layihədə iştirak etmək istəməyib. Çünki torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

Haqlı olaraq, vaxtilə Əkrəm Əylisliyə layiq olduğu yeri göstərən ictimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

Yusif Ziyaoglu
AzNews.az