Tacikistan və Qırğızıstan liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Tacikistan və Qırğızıstan liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Fotolar

Tacikistan və Qırğızıstan liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

AzNews.az xəbər verir ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Gününün yubiley ildönümü münasibətilə böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu əlamətdar hadisə mənə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzu etmək imkanı verir.

Müasir Azərbaycan özünün sosial-iqtisadi və siyasi inkişafında sanballı uğurlara nail olub. Ölkəniz beynəlxalq arenada layiqli nüfuz sahibidir. Biz Tacikistanda səmimi dostlar kimi Azərbaycanın nailiyyətlərinə sevinirik.

Sevindirici haldır ki, möhkəm tarixi dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Biz bu münasibətləri Sizinlə birlikdə qətiyyətlə zamanın reallıqlarına uyğun yeni məzmunla zənginləşdirmək əzmindəyik.

Əminliyimi ifadə edirəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərimiz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcək".

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası müstəqillik illərində ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş islahatların aparılmasında sanballı uğurlar qazanıb.

Əminəm ki, ənənəvi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan qardaş Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da durmadan möhkəmlənəcək və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".