Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə öz doğma xalqına münasibətini, antimilli xislətini bir daha ortaya qoydu. Başdan-ayağa yalan, iftira üzərində qurulan bu film düşmənin dəyirmanına su tökmək deməkdir. Filmdə azərbaycanlıları aşağılamaq, erməniləri isə qəhrəman xalq kimi təqdim etmək onu göstərir ki, xalqına qarşı xəyanətkar mövqedə dayanan bu filmin müəllifinin damarında erməni qanı axır. Rüstəm İbrahimbəyov bu filmi ilə ermənilərə olan sevgi və məhəbbətini açıq şəkildə büruzə verib. Belələrinə el arasında “sapı özümüzdən olan baltalar” deyirlər. Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə öz doğma xalqına münasibətini, antimilli xislətini bir daha ortaya qoydu. Başdan-ayağa yalan, iftira üzərində qurulan bu film düşmənin dəyirmanına su tökmək deməkdir. Filmdə azərbaycanlıları aşağılamaq, erməniləri isə qəhrəman xalq kimi təqdim etmək onu göstərir ki, xalqına qarşı xəyanətkar mövqedə dayanan bu filmin müəllifinin damarında erməni qanı axır. Rüstəm İbrahimbəyov bu filmi ilə ermənilərə olan sevgi və məhəbbətini açıq şəkildə büruzə verib. Belələrinə el arasında “sapı özümüzdən olan baltalar” deyirlər.

“Rüstəm İbrahimbəyov kimilərin azərbaycanlı adını daşımağa mənəvi haqları yoxdur”

Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə öz doğma xalqına münasibətini, antimilli xislətini bir daha ortaya qoydu. Başdan-ayağa yalan, iftira üzərində qurulan bu film düşmənin dəyirmanına su tökmək deməkdir. Filmdə azərbaycanlıları aşağılamaq, erməniləri isə qəhrəman xalq kimi təqdim etmək onu göstərir ki, xalqına qarşı xəyanətkar mövqedə dayanan bu filmin müəllifinin damarında erməni qanı axır. Rüstəm İbrahimbəyov bu filmi ilə ermənilərə olan sevgi və məhəbbətini açıq şəkildə büruzə verib. Belələrinə el arasında “sapı özümüzdən olan baltalar” deyirlər.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qax ziyalısı Güllü Əhmədova deyib.

“Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, türklərin qurbanı kimi təqdim olunmasından çox böyük təəssüf hissi keçirdiyini vurğulayan qaxlı ziyalı deyib: “Hazırda dünyanın əksər dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tarixi faktlara istinad edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini və bu işğal nəticəsində bir milyondan çox soydaşımızın öz ata-baba torpaqlarından didərgin salınmalarını rəsmən elan edirlər. Erməni işğalçıları tərəfindən dünyada misli olmayan Xocalı qətliamının törədilməsinin beynəlxalq aləmdə kəskin şəkildə pislənildiyi bir vaxtda Azərbaycanın suyunu içən, çörəyini yeyən, havasını udan nankor, ermənipərəst bir şəxsin bu cür film ərsəyə gətirməsi bir azərbaycanlı kimi məni də çox hiddətləndirib. Bu insan Azərbaycanın iqtisadi inkişafını, insanların gündən-günə yüksələn həyat tərzini görmür və ya görmək istəmir. Düşünürəm ki, Azərbaycan əleyhinə bu cür təbliğat aparanlar mütləq layiqli cəzalarını almalıdırlar. Belə “ziyalıların” azərbaycanlı adını daşımağa mənəvi haqları yoxdur”.

AzNews.az