Astanada mayın 21-24 tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib. Astanada mayın 21-24 tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib.

Astanada Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparıldı

Astanada mayın 21-24 tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib.

AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir müavinləri səviyyəsində keçirilən iclasda İşçi qrupunun növbəti görüşü barədə razılıq əldə olunub.

Danışıqlarda Xələf Xələfovun başçılıq etdiyi Azərbaycan deleqasiyası, həmçinin İran, Rusiya, Qazaxıstan, Türkmənistan nümayəndələri iştirak edirdi.

Məlumatda bildirilir: "Aşağıdakı 5 tərəfli sənədlərin layihələrinin razılaşdırılması üzrə danışıqlar prosesinin başa çatması məmnunluqla qeyd edilir: Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş. Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzərdə baş verən hadisələrin qarşısının alınması haqqında Saziş. Xəzər dənizində terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol. Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol, Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişə əsasən sərhəd xidmətlərinin əməkdaşlıq və qarşılıqlı fəaliyyəti haqqında protokol".

Bildirilib ki, növbəti görüş Qazaxıstanda keçiriləcək. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.

AzNews.az