Azərbaycanın hər guşəsində şəhid məzarımız var və Azərbaycan bizim də vətənimizdir". Azərbaycanın hər guşəsində şəhid məzarımız var və Azərbaycan bizim də vətənimizdir".

"Bu gün Türkiyə xaricində ən çox şəhidimizin olduğu ölkə Azərbaycandır" - Səfir (Fotolar)

Azərbaycanın hər guşəsində şəhid məzarımız var və Azərbaycan bizim də vətənimizdir".

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100-cü ildönümü" adlı sərgisinin açılışında deyib.

40-a qədər fotonun yer aldığı sərgi Mədəniyyət Nazirliyi, Türkiyə səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında bildirib ki, Osmanlı İmperiyası 1918-ci ildə ölüm-qalım mücadiləsində olsa da, azərbaycanlı qardaşlarından gələn yardım çağırışını geri çevirməyib: “Qısa müddətdə Qafqaz İslam Ordusu toplanaraq Azərbaycana gəldi. Ordu Bakını işğaldan azad etməklə ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycanın azadlığının, bugünkü sərhədlərinə qovuşmasının yolunu açdı. Türkiyə kənarında ən böyük şəhidlik və şəhid məzarlığımızın olduğu ölkə Azərbaycandır. Bu gün Azərbaycanın hər bölgəsində şəhidimiz var. Hansı tərəfə gedirsiniz gedin, hər gen yeni məzar tapılmaqdadır. Bunun təməl bir səbəbi var: Azərbaycan bizim də vətənimizdir. Necə ki Anadolu, Türkiyə sizin vətəninizdir. Bizlər dünyada Azərbaycan kimi güclü qardaşımızın olmağından qürur hissi keçiririk, şərəf duyuruq. Biz bir yerdə daha güclüyük, bir yerdə daha irəliyə gedirik”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, sərgi iki xalqın tarixinin gözəl nümunəsidir və üç mövzuya həsr olunub: “Hər üçü özlüyündə böyük tədqiqatların elmi mövzusudur. Cənab prezidentin sərəncamı ilə bütün ölkədə müxtəlif mövzularda Cümhuriyyətin 100 illiyi qeyd olunur. Qısa müddət ömrü olan Cümhuriyyət dövründə Azərbaycanda ilk dövlət universiteti, ilk muzey yaradılıb, qadınlara ilk səsvermə hüququ da Cümhuriyyətin bizə qoyduğu irsdir. Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır”.

Tədbir çərçivəsində İstiqlal Muzeyinin yeni təmir olunmuş “Cümhuriyyət zalı”nın açılışı da olub. Yeni qurulmuş zalda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli materiallar və muzeyə hədiyyə olunan üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları nümayiş etdirilir.

image description image description image description image description image description image description image description image description image description image description