- Köhnə - Siyasət
- 25 May 2018 11:07
- 2 434
Ermənilər işğal altında olan torpaqlarımızda hərbi təlim keçir
Ermənistan hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir.
Ağır artilleriya qurğularından atılan mərmi səsləri cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində eşidilir.
AzNews.az