Vətəninə, xalqına, torpağına bağlı olmayan, dini mənsubiyyətini dəyişən insan sağlam olmaz və normal davrana bilməz. Rüstəm İbrahimbəyovun şəxsiyyətinə, təcrübəsinə, onun apardığı işlərə məhz bu prizmadan baxmaq lazımdır. Vətəninə, xalqına, torpağına bağlı olmayan, dini mənsubiyyətini dəyişən insan sağlam olmaz və normal davrana bilməz. Rüstəm İbrahimbəyovun şəxsiyyətinə, təcrübəsinə, onun apardığı işlərə məhz bu prizmadan baxmaq lazımdır.

“Qafqaz üçlüyü” düzü əyri, əyrini düz əks etdirir” - Oqtay Mirqasımov

Vətəninə, xalqına, torpağına bağlı olmayan, dini mənsubiyyətini dəyişən insan sağlam olmaz və normal davrana bilməz. Rüstəm İbrahimbəyovun şəxsiyyətinə, təcrübəsinə, onun apardığı işlərə məhz bu prizmadan baxmaq lazımdır.

Bu fikri AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov Rüstəm İbrahimbəyovun rejissoru olduğu “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən söyləyib. Rejissor deyib: “Rüstəm İbrahimbəyov bir neçə il bundan əvvəl verdiyi müsahibədə də xalqımıza qarşı qərəzli mövqeyini ortaya qoymuşdu. O vaxt da ona cavab yazmışdım. Onun belə dönüklüyünü heç cür başa düşə bilmirəm. Bu nə deməkdir? O, bununla nə demək istəyir? Görünür ki, Əkrəm Əylislinin “şöhrəti” Rüstəmə bərk narahatlıq verib.

Filmin əvvəlində belə bir yazı gedir - ərazi baxımdan Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti öz müstəqilliyini elan etdi. Ərazi baxımından? Sual verən gərək: niyə ərazi baxımından? Qarabağın ərazi, tarixi, hüquqi baxımdan da əzəli Azərbaycan torpaqları olduğu kimə məlum deyil ki?

Filmdə elə səhnələr var ki, qətiyyən ağlasığan deyil. Azərbaycan ailəsindən olan uşaq heç vaxt kiminsə başına daş atmaz. Bu, azərbaycanlı əxlaqına, təbiətinə xas olmayan xüsusiyyətdir. Bizim millət sülhsevər, humanist, hətta bir az da sadəlövhdür, hər kəsə də inanır. Elə son illər başımıza gələnlər, xalqımıza qarşı əsassız ərazi iddiaları da məhz bu sadəlövhlüyün nəticəsidir. Bizim xalqımızda qəddarlıq, xəyanətkarlıq yoxdur axı! Belə yerdə deyiblər, adımı sənə qoyum, səni də yana-yana qoyum... Sən niyə erməni qəddarlığını, riyakarlığını nə vəchlə olursa-olsun azərbaycanlılara peyvənd etmək istəyirsən? Hanı sənin ədalət hissin? Hanı sənin vətəndaş mövqeyin?”

Türkün mərdliyinin, erməninin isə xainliyinin hətta qədim Rum kitablarında yazıldığını, eləcə də ayrı-ayrı alimlər, tarixçilər tərəfindən dönə-dönə xatırlanıldığını qeyd edən Oqtay Mirqasımov fikrini belə yekunlaşdırıb: “Şöhrət həvəsinə düşən rejissor bunları görmək və canlandırmaq əvəzinə, tamamilə yanlış mövqe tutub. Ekran əsəri qətiyyən gerçəkliyi düzgün canlandırmır, düzü əyri, əyrini düz əks etdirir və bədii cəhətdən də olduqca bəsit və primitivdir”.

AzNews.az