Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri Şövkət Candan Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri Şövkət Candan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Türkiyə Respublikasının Tarsus Bələdiyyəsinin sədri Şövkət Candan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Tarsus sakinləri adından və şəxsən öz adımdan Sizə, Azərbaycan xalqına Türkiyədən qucaq dolusu sevgi və salamlarımızı çatdırıram.

Biz Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən qardaşlıq əlaqələrini hər zaman yüksək dəyərləndiririk. Yüz il bundan əvvəl xalqınızın müstəqillik uğrunda mübarizəsinin nəticəsi olan haqlı zəfərinizin ildönümü – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qardaşlığımızın və dostluğumuzun bundan sonra da möhkəmlənməsini və əbədi davam etməsini diləyir, Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq arzulayıram".

***

Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan:

"Möhtərəm cənab Prezident. Sizi və Azərbaycan xalqını Mersin sakinləri adından, şəxsən öz adımdan səmimiyyətlə salamlayır, sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

Azərbaycanla Türkiyə arasındakı əlaqələri daim yüksək dəyərləndiririk. Vətəninizin birliyi və millətinizin müstəqilliyi uğrunda apardığınız mübarizədə qazanılmış zəfərin – bu yolda ən böyük addım olan Cümhuriyyətin yaradılmasının 100-cü ildönümündə Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Birlik və bərabərlik ab-havasının davamlı olması, qardaşlığımızın gündən-günə daha da inkişaf etməsi, Vətənimizin gələcəyə güvənlə baxan daha güclü bir ölkə olması diləyi ilə ən səmimi sevgi və salamlarımı Sizə çatdırıram".

***

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən:

"Möhtərəm Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.

Hazırda müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz əməyiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanaraq, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

Zati-aliləri, hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".