“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib. “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

AXC ölkəmizin tarixinə parlaq səhifələr yazıb

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

Kitab Təbliğatı Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən “Azərkitab” layihəsinin rəhbəri Sabir Həsənov Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salıb və Şərqin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb.

Mərasimdə Cümhuriyyətin 100 illiyi münasibətilə çəkilmiş sənədli film nümayiş etdirilib. Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Fəzail İbrahimlinin məruzəsi dinlənilib. Xalq Yazıçısı, Milli Məclisin deputatı Elmira Axundova, Türkiyənin Azərbaycandakı səfirliyin mədəniyyət müşaviri İrfan Çiftçi, şairlər Vahid Əziz, Yusif Nəğməkar, dünya çempionu Rəsul Çunayev müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, ölkəmizin tarixinə parlaq səhifələr yazdığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, bolşevik işğalına məruz qalan Cümhuriyyət qarşısına qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun xalqın milli şüurunda formalaşdırdığı müstəqillik ideyası unudulmayıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. Xalqımız Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul edildiyi tarixi – mayın 28-ni Respublika Günü olaraq təntənə ilə qeyd edir.

image description image description image description image description